Az öncə qarşıma çıxan bu xəbər məndə bu sualı yaratdı: “Neylədin sən, Uber?!” Təəccübümə səbəb olan xəbər odur ki, uberX bugündən qiymətləri ciddi şəkildə endirdi:
Başlanğıc məbləğ 2 azn‘dən 1.1 azn‘ə, hər km-ə olan ödəniş 0.40 azn-dən 0.35 azn-ə, yola sərf olunan hər dəqiqə üçün məbləğ 0.05 azn-dən 0.03 azn-ə, minimal ödəniş 3 azn-dən, 2.7 azn-ə endirildi. Bu da ümumilikdə qiymətlərin təxminən 30% azalması deməkdir.
Bakıya gəlməsiylə taksi/şəxsi sürücü standartlarına yenilik gətirən Uber görünür ki, rəqabətdə uduzmaq fikrində deyil və dünyanın digər şəhərlərində olduğu kimi Bakı da daima yeni, fərqli aksiyalarla gündəmə gəlir. Bunların fonunda qiymətləri də 30% aşağı salması yəqin ki, Uber istifadə etməyən paytaxt sakinlərini bu istiqamətdə yenidən düşünməyə vadar edəcək.
Müəllif: Orxan Rzayev
Mənbə: http://orkhanrza.com/