Neftçi PFK üzvlük kartlarını satışa çıxarıb

Neftçi PFK üzvlük kartlarını satışa çıxarıb
1512

Neftçi Peşəkar Futbol Klubu üzvlük kartlarını satışa çıxarıb. "Neftçi" üzvlük kartlarının sahibləri avtomatik olaraq stadiondakı yerlərini bron etmiş olurlar. Üzvlük kartı sayəsində o yer bir mövsüm ərzində ancaq Kart sahibinə məxsus olur. Beləliklə, kart sahibləri böyük maraq kəsb edən qarşılaşmalara, avrokubok oyunlarına əlverişli sektora bilet almaq problemindən azad olur. Kartının növündən asılı olmayaraq ona sahib olan şəxs klubun üzvünə çevrilir. Kartın üstünlüklərindən biri də odur ki, karta sahib olan bütün azarkeşlər şəhərimizin müxtəlif iaşə obyektlərində güzəştlərdən yararlana biləcəklər. Bu barədə daha ətraflı məlumatı "Neftçi PFK"nın rəsmi səhifəsində ala bilərsiniz.

Neftçi Üzvlük kartını harda ala bilərəm?

“Neftçi” PFK üzvlük kartlarının satışı “28 MALL” ticarət mərkəzinin birinci mərtəbəsində həyata keçirilir. Kartı almağınız üçün 31 avqust tarixinədək satış məntəqəsinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb sadə anketi doldurmağınız kifayətdir. Satış hər gün 10:00-dan 22:00-dək davam edir. Üzvlük kartlarının qiymətləri də təsadüfi seçilməyib və “Neftçi”nin yaranma tarixinə uyğunlaşdırılıb - 1937-ci il.

Satışda 3 növ üzvlük kartı var:

NeftçiKART

  • NeftçiKART sahibi mövsüm ərzində “Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına bilet əldə edir və öz istəyinə uyğun olaraq yer seçimi edə bilər (VIP və SkyBox yerləri xaric);
  • NeftçiKART əldə edən hər şəxsə azarkeş maykası və ya şərf hədiyyə olunacaq;
  • NeftçiKART qiyməti - 19,37 AZN.

NeftçiVIP

  • NeftçiVIP sahibi mövsüm ərzində “Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına VİP sektora bilet əldə edir;
  • NeftçiVİP sahibi stadionun ətrafındakı parkinqdən yararlana bilər;
  • NeftçiVİP kartlnı əldə edən hər şəxsə komandanın orijinal forması, azarkeş maykası və şərf hədiyyə olunacaq;
  • NeftçiVIP katının qiyməti – 193,7 AZN.

NeftçiELİT

  • NeftçiELİT sahibi mövsüm ərzində “Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına SkyBox üçün biletlər əldə edir. Keyterinq qiymətə daxildir;
  • NeftçiELİT sahibi komandanın hər bir ev oyununa 2 (iki) nəfər qonaq dəvət edə bilər və stadionun içindəki parkinqdən yararlana bilər;
  • NeftçiELİT sahibinə komandanın orijinal forması, azarkeş maykası, idman kostyumu və şərf hədiyyə olunacaq;
  • NeftçiELİT kartının qiyməti – 1937 AZN.

Üzvlük kartları ilə bağlı əlavə məlumatları (050) 444 1937 nömrəyə zəng etməklə öyrənə bilərsiniz.

Siz də "Ağ-qara" Ailənin üzvü olmağa tələsin!

Mənbə: http://neftchipfk.com