MyTagram istifadəçilərinin sayı durmadan artır

Azərbaycanda insanların tam istifadəsində olaraq fəaliyyət göstərən qlobal sosial şəbəkə “MyTagram” 4 ay ərzində azyaşlı gənclərimiz tərəfindən ərsəyə gətirilmişdir. Layihənin 16 yaşlı rəhbəri Həmzə Hüseynlinin bildirdiyinə görə, qrup üzvləri sosial şəbəkəni təkmilləşdirmək üçün çalışırlar. Sosial şəbəkənin həmtəsisçisi olan Altun Həsənli 13 yaşı olmağına baxmayaraq sosial şəbəkədə Front-end developer (dizayner) kimi fəaliyyət göstərir. Layihənin üzərində işləyən digər şəxs Tural Rzaxanov isə Back-end developer kimi fəaliyyət göstərir. Həmtəsisçi Altun Həsənlinin dediyinə görə, layihə qurucuları bütün Azərbaycanı İT sahəsində təkmilləşdirmək üçün bir yerdə konfranslar, müzakirələr təşkil edirlər.

Hal-hazırda "MyTagram" Azərbaycanda yaradılmış və 15 ölkədə istifadə olunan qlobal sosial şəbəkədir. Şəbəkə, istifadəçilərin rahatlığı üçün çoxlu sayda funksiyalar təklif edir.Hal-hazırda layihədə 3 gənc çalışır və bütün gücləri ilə işlərini davam etdirməyə çalışırlar.

Mənbə: http://bizimyol.info