Biz bir neçə dəfə istər Marketinq AİR çərçivəsində dostlarımızla görüşəndə, istər ana dilimizdə ilk brendinq kitabı olan “360 dərəcədə brendinq”də, istərsədə bloqlarda qeyd etmişik ki. güclü brendlər mütləq və mütləq “YOX” deməyi bacarmalıdır. Dünyanən ən güclü brendləri belə, əslində öz standartlarına son dərəcə sadiq olduqları üçün bazarın kənarında olan istənilən təşəbbüsə “yox” deyə bilirlər. Mən bunu sonuncu dəfə İKEA mağazalarında olduğum zaman bir daha şahidi oldum. Biz hesab edirik ki, müştərinin hər istədiyini yerinə yetirmək bizi uçuruma apara bilər və heç bir zaman bu yolla güclü brend qurmaq mümkün olmur. Fikirlərimi əsaslandırım.
Güclü brendlərin müştəriyə “YOX” dediklərini İKEA misalında Sizlərə göstərməyə çalışım. Nəzərə alın ki, misal çəkdiyimiz brend (şirkət) dünyanın TOP Lovely Brand-lərin siyahısındadır.
Bu qiymətə məhsulun çatdırılma zamanı əlavə anbalajlama və lift işləməsə qaldırılma qiyməti daxil deyil. Deyək ki, bu xərcləri heç nəzərə almıram. 500-luk mal üçün, 75 YTL, daha doğrusu 15%. İKEA durduğumuz yerdə məhsulun qiymətini minimum 15% qaldırmış olur. Birdə unutmayın, bu çatıdırılma mağazada olan sifarişlərin yüklənilmə dərəcəsinə görə minimum 48 saat, maksimum 4 gün geçikə bilər.
Əlbəttə, bunların hər birinin əvəzində brend əlavə dəyələr təklif edir… məsələn, İKEA salonlarında Siz uşaqlarınızla oynaya, yata, yeyə… bir sözlə hər şey edə biləriniz. Demək olar ki, hər şey və heç kim Sizə “bunu niyə etdin” deməyəcək. Siz deyə bilərsiniz ki, çatdırılma və qurlaşdırma bahadır, amma əvəzində özün durma xidməti var. Bununla alıcı öz büdcəsinə qənayət etmiş olur (olar). Niyə pisdir ki, CQX (çatdırılma və qurlaşdırılma xidməti – qısaldılmış formada) olmaması.
Düzdür məhsul portfeli kiçikdir, amma butün məhsullar originaldır və İKEA-ın tərzii yansıtır. Minimalist, gözəl və rahat olur. Həmçinin ilk baxışdan baha deyil. Əziz oxucu, demək istədiyimiz budur ki, uğur qazanmağın yolu, fərqli olmaqdan keçir. Fərqli olanda kimlərinsə mütləq xoşu gəlməyəcək. Amma yəgin ki, kimlərinsədə xoşu gələcək. Bax, o kimlər… bizim brendimizin əsas müştəri kütləsi olacaq. Biz onlar üçün çalışmalıyıq. Brendinq fərqlənmədən başlayır!
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com