Müştəri psixalogiyası marketinqdə neyromarketinq adı altında toplanıb. Bu mövzu çox geniş mövzudur. Müştərilər satın aldıqları zaman alacaqları məhsulu dəyərləndirərək seçirlər. Bu dəyərlər hər alıcıya görə fərqli olmaqdadır. Mövzunu çoxda qabardamaq istəmirəm. Ama əsasda götürüldüyü zaman məhsul alarkən müştəri üçün dəyər 3 əsas başlıqda toplanır. Bunlar şikətiniz, işçiləriniz, məhsul təklifinizdir. Bunların özləridə bir çox ünsürlərdən ibarətdirki bu iş sektorunuza görə dəyişir. Əgər bunları siz düzgün tənzimləyə bilsəniz, qısa zamanda satışlarınızı artıra bilərsiniz.
1. Şirkətiniz - Müştərilər sizinlə işlədikləri zaman rəqiblərinizdən nə kimi fərqinizi görürlər? Müştərinizin gözü ilə birdə öz şirkətinizi analiz edin. Buradakı məqsəd sizin şirkətinizin nə qədər sevilən və seçilən olmasıdır. Müxtəlif forumlardan, anketlərdən istifadə edərək buna qısa zamanda nail olacaqsınız. Bu yolla bir növ şirkətinizin rəqiblərdən fərqlənən xüsusiyyətlərini həm aşkar etmiş olacaqsınız həmdə üstün və zəif yönləriniz öyrənəcəksiniz. Zəif yönləri aradan qaldırararaq şirkətinizin dəyərini müştərilərin gözündə birazda qaldıracaqsınız.Şirkətinizi dəyərli edən ünsürlərə- Ad, logo, uzun müddətlilik, böyüklük, brand dərəcəsi, məhsul çoxluğu, iş fəlsəfəsi, hədəflər, referanslar və s. əlavə edə bilərsiniz
2. İşçiləriniz- Müştərilər daha çox xoş qarşılandıqları, xoş gördükləri, özlərini daha rahat hiss etdikləri yerləri seçirlər. Bunun üçün nəyinsə sübut olmasına ehtiyac yoxdur. Özümüzdə, dostarımızda və tanışlarımızda bu hallara dəfələrlə rast gəlmişik.Biz yalnız bizi cəzb edə bilən mağazalarla, butiklərlə, şirkətlərlə, markalarla işləyirik. Bunun üçündə işçilərinizin qarşı tərəflə yüksək əlaqə qura bilməsi üçün işlərini yüksək səviyyədə bilmələri vacibdir.İşçilərinizi dəyərli edən ünsürlər - Dürüstlük, xoş olmaq, güvənilən görsənmək, açıq olmaq, ünsiyyət bacarığı, keyfiyyət, təcrübəli, kreativlik və s.
3. Məhsul təklifiniz - Burada söhbət müştərilər məhsul seçimi edərkən sizin ona təklif edəcəyiniz məhsulun digər şirkətlərin məhsul təklifindən nə dərəcədə üstün olduğundan gedir.Məhsul təklifinizi dəyərli edən ünsürlər - Keyfiyyət, ad, məhsulun ehtiyacı aradan qaldırmaq gücü, qiymət, ümumi maya dəyəri və s əlavə etmək olar.Belə bir söz var, müştərilərinizi razı salmaq istəyirsinizsə müştəriləriniz kimi düşünməlisiniz.
Müəllif: Cavid Abasov