Bəzi şirkətlər müştərisini tanıya bilmir və ya bunu önəmsəməyərək necə gəldi satış etməyə çalışırlar.Amma rəqiblərini analiz etməyə başlıyanda onların satışının daha çox olduğunu görürlər və özlərində nəyi düz etmədiklərini axtarırlar.Müştərini tanımaq bizə hansı faydanı verir?
1. Marketinq xərclərimizi azaldır - Əgər Bakıda Lamborgini avtomobili satışı ilə məşquluqsa və müştərimizi tanıyırıqsa biz bilirik ki artıq bütün Bakı ərazisində reklam verməyimiz düzgün deyil.Biz aylıq gəliri çox yüksək olan insanların yaşadığı ərazi üçün reklam verməliyik.Bununla da biz marketinq xərclərimizi azaltmış olururuq.
2. Satışlarımız artır - Müştərimizi tanıdıqdan sonra artıq biz ona məhsul və ya xidmət satmaq üçün strategiya hazırlayırıq.Əgər biz müştərimizi tanımırıqsa və 100 insana reklam xərci çəkiriksə bu 100 insandan 20-sinə satış edə bilirik.Əgər müştərimizi tanısaydıq və bizə lazım olan 100 müştəriyə reklam xərci çəkiriksə 60-70 nəfərə satış edə bilərik.Müştərimizi tanımaq satışımızın artımı ilə nəticələnir.
3. Brendimizi formalaşdırır - Əgər geyim mağazamız varsa və hər yaş qrupuna kişi və ya qadın hər kəsə geyim satırıqsa işimiz çox ağırdı.Əgər 18-27 yaş arası xanımlar üçün geyim satırıqsa bu bizim üçün çox gözəl imkan yaranar və biz həmin qrupa fokuslana bilərik vı brendimizi formalaşdıra bilərik.
4. İşimizi sadələşdirir - Əgər sizin müştəriniz "hərkəs"dirsə onda sizin işiniz qarmaqarışıqdır.Hər müştəri qrupuna qaçmaq düzgün deyil birnmüştəri qrupu seçib ona istiqamətlənərək çalışmaq işlərinizi sadələşdirər.
Bəs müştərimizi necə tanıyaq? Müştərini necə qruplaşdırmaq olar?
Qruplaşdırma aparılır:
Yaşa görə - Satdığımız məhsul hansı yaş qrupunu əhatə edir? Gənclər üçün yoxsa yaşlı insanlar üçün satırıq?
Cinsə görə - Məhsulumuz qadınlar üçündür yoxsa kişilər üçün ?
Müştərinin yaşadığı əraziyə görə - Məhsulumuzun qiyməti əgər çox bahalıdısa gəliri yüksək olan insanların yaşadığı əraziləri hədəfə almalıyıq.
Aylıq gəlirə görə - Məhsulumuzun qiymətinə uyğun onu ala biləcək gəliri olan müştərilər kimlər ola bilər?
Getdiyi məkanlara görə - Bizim müştərilər harda olur? Hansı məkanlarda əylənir? Hardan alış-veriş edir?
İşlədiyi sahəyə görə - Bizim müştəri harda çalışır? Vəzifəsi nədir? Gündə nə qədər çalışır?
Bu yazım da bura qədər.Ümid varam müştərinizi artıq tanıyırsınız :) Oxuduğunuz üçün təşəkkürlər.Oxuduqdan sonra paylaşsanız çox sevinərəm.
Müəllif: İlkin Ağayev