“Özünüzdən danışın” demək hər şeyinizi danışın demək deyil. Bu sual axırı bilinməyən yoxlama sualıdır, əgər hazır deyilsinizsə, nə deyəcəyinizi, nə qədər uzun danışacağınızı bilməlisiniz, xüsusilə müsahibə yeni başlayıbsa. Qarşı tərəf bu sualı sadəcə haqqınızda məlumat öyrənmək məqsədilə ilə yox, eyni zamanda davranışınız, üslubunuz, ünsiyyət bacarığınız və özünüzə nəzarətiniz haqqında fikir sahibi olmaq məqsədilə soruşur.
Bu suala uşaqlığınız, məktəblər, hobbilər, sevdikləriniz, sevmədikləriniz və ya əvvəlki iş həyatınızın xırdalıqlarını anlatmaqla başlamayın. Bunun əvəzinə sizə aid gündəlik məlumat və peşə həyatınız ilə əlaqəli iş təcrübələriniz və CV-nizdə yazılanları təsdiqləyən məlumatlardan başlayın.
Xəbərdarlıq: Bu sual özünüzü göstərmək üçün böyük fürsətdir. Müsahibənin bu mərhələsində sakit və konkret izahlar məsləhət görülür.
İnsan resursları mütəxəssisləri əvvəlki və ya mövcud iş həyatınızdakı iş sahibi / iş yoldaşlarınızla olan pis əlaqədən bəhs olunmasının düzgün olmadığı mövzusunda həmfikirdirlər. Amma əvvəlki/mövcud iş mühitində işləməyin çətinliklərindən bəhs edə bilərsiniz. Bu suala cavab verəndə diqqətli olmalısınız. Unutmayın ki, verəcəyiniz məlumatların təsdiqi, yoxlanması asan olacağına görə ən xırda ziddiyət və ya düz olmayan cavab sizi şübhəli namizəd kateqoriyasına daxil edəcək. Bəlkə verilə biləcək ən yaxşı cavab daha yaxşı iş imkanı və fürsət olaraq qiymətləndirilməsidir. Çox əmək haqqını heç bir zaman bir səbəb olaraq istifadə etməyin.
Bu sual sizə bacarıqlarınızdan və güclü olduğunuz xüsusiyyətlərinizdən danışmağa fürsət verir. Qısaca, təcrübələriniz və uğurlarınızdan bəhs edin. Mütəxəssislər yüksək dəyərləri olan qabiliyyətləriniz, özünü ruhlandırma, liderlik, komanda işinə meyllilik, uzun müddətli xüsusiyyətlərinizdən danışmağınız məsləhət görürlər. Əlavə olaraq, sədaqət, yaxşı ünsiyyət, hörmətcil, etibarlı, verdiyi sözə əməl edən və özünə inam da olmalıdır. Bu xüsusiyyətləri sualın dərhal ardınca yox, əvvəlki iş həyatınızdan misallar verərək vurğulayaraq anlatmağınız faydalı olacaq. Müsahibələr üçün nümunələr hazırlayın, ümumiləşdirmə etmədən xüsusi mövzulardan bəhs edin.
Bu sual potansial olaraq səbrsiz namizədlər üçün daha zərərlidir. Unutmayın ki, qarşı tərəf sizin mükəmməl olmağınızı gözləmir. Sizdən kiçik ipucları almaq üçün soruşulan bu sualı dürüstcə, ciddi zəifliklərinizi anlatmaqla müsbət bal alsanız belə işə qəbulunuz alınmaya bilər. Əgər, “əslində mənim elə də zəif tərəfim yoxdur” şəklində bir cavab versəniz, şansınız daha da azalacaq.
Əksər mütəxəssislər bu suala şəxsi zəiflikləri bir gücə çevirəcək hala salaraq cavab verilməyini məsləhət görürlər. Məsələn: bir layihədə işləyəndə çox xırdaçı olduğunuz, işbaz olduğunuz və ailə və dostlarınıza vaxt ayırmamağınızı zəiflik kimi göstərmək peşəkər gücünüzdən xəbər verəcək.
Bu sual əksər hallarda namizədin istəklərinə müəssisənin qarşılıq verib verməyəciyini öyrənmək üçündür. Mümkünsə, əgər ciddi namizəd olduğunuzu fikirləşirsinizsə, bu sualı müsahibənin axırına təxirə salmayın. Bu sualı sürətli cavablayaraq çox aşağı və ya yüksək bir rəqəm tələffüz edərək real namizədlər arasındakı yerinizi itirə bilərsiniz. Əgər qarşı tərəf bir rəqəm deməyiniz mövzusunda təkid edərsə, işçi alınan vəzifənin alt və üst limitlərini soruşun.
Qənaətbəxş cavab verilməsə, maraqlandığınız işin bazardakı sizə müvafiq ortalama bir rəqəmi deyə bilərsiniz. Müəssisənin verəcəyi əmək haqqı ümumiyyətlə deyilən rəqəmin altında olacağına görə bu rəqəmin bir az yüksək göstərilməsi faydalı olacaq. “Məni maaşdan daha çox iş maraqlandırır” cümləsini qura bilərsiniz, ancaq “pul mənim üçün əhəmiyyətli deyil” cümləsi zərərlidir. Hal-hazırda qazandığınız rəqəmi soruşanda dürüst bir şəkildə deyin, çünki yoxlama vaxtı onsuz da ortaya çıxacaq.
Qarşı tərəf bu sual ilə sizə müvafiq necə bir mühitin və şirkət mədəniyyətinin uyğun olacağı mövzsunda ipucu alacaq. “Mühitdən xoşum gəldi” kimi sözlər yerinə “şirkətdə komandanın bir üzvü olmaq xoşuma gəldi” cümləsindən istifadə etmək faydalıdır. Ən az xoşladığınız mövzuları danışanda mövcud və ya əvvəlki işinizdəki məsuliyyət sahənizdə olub vəzifə təlimatınızda olmayan işlərdən danışa bilərsiniz.
Bu iş mühitində bu suala heç kim asanca xeyr deyə bilməz. Əgər “xeyr” cavabınız versəniz, dünyadan heç xəbəri olmayan və etinasız biri olduğunuzu fikirləşəcəklər. Bunun əvəzinə bacarıq və qabiliyyətlərinizə uyğun iş axtardığınızı deyə bilərsiniz. “Sizə gələn iş təkliflərini qiymətləndirdiyiniz” şəklindəki bir cümlədən istifadə etməyin, çünki qarşı tərəf öz şirkətlərindəki həqiqi mənada işləmək istəyən namizəd axtarır. İstəkli və ciddi görünün.
Bu sual iş axtaranlara əsl mənada özlərini göstərmək, tərifləmək fürsəti verir, amma bu suala “şirkət mənim üçün nələr edə bilər”dən daha çox “mən şirkət üçün nələr edə bilərəm” fəlsəfəsi ilə cavab verin. Qarşı tərəf sizin iş üçün nə qədər hazır və istəkli olduğunuz mövzusunda fikir sahibi olmaq istər. İşə nə qədər hazır olduğunuzu təcrübələriniz, karyeranızdakı inkişaflar və uğurlarınızı anlataraq göstərin. Xüsusilə bu işin sizin üçün nə qədər uyğun olduğunu və karyeranızı qabağa aparan bir fürsət olduğunu vurğulayın.
Bu suala veriləcək ən pis cavab 5 il sonra bu şirkətin rəhbərinin və ya qarşı tərəfin (müsahibə götürənin) yerinə keçəcəyinizdir. Bu cavablar təhlükəli və xoşagəlməzdir. Onun əvəzinə xüsusilə sizi nələrin ruhlandırdığından bəhs edin. Rəhbərin yerinə keçmək əvəzinə 5 il sonra karyera xəyallarınızı anlatın. İş sahibləri, gələcək planlar quran və həqiqi məqsədləri olan namizədləri seçərlər. 5 il sonra nələr edəcəyin mövzusunda qərarsız qalmağınız şansınız azaldacaq. Bir şirkətin üst səviyyə rəhbəri belə deyir, “Mən nələr etmək istədiyini bilən, şəxsi və şirkətin məqsədlərinə inanan insanlar axtarıram.”
“Xeyr” və ya “Hər şey danışıldı” deməyin. Qarşı tərəf xüsusilə namizədin xüsusiyyətləri ilə əlaqəli kritik bir mövzunu anlatmaq istəməz. Kritik olmasa da, bu iş üçün ən uyğun namizəd olduğunuzu təzədən xatırlada bilərsiniz. Əgər qarşı tərəfdə şübhə oyatdığınızı fikirləşirsinizsə, namizədliyinizi müsbət istiqamətdə təsirləndirmək üçün tam fürsətdir. Bəzən səhv başa düşülmə kimi hallar səbəbilə pis davam edən bir müsahibə son anda tam tərsinə çevrilə bilər.
“Başqa sualım yoxdur” cavabı ilə müsahibənin nəticəsini olduğu kimi siz və qarşı tərəfin qəbul etdiyiniz və sizin bu işlə maraqlanmadığınız mənasına gəlir. Məsələn, şirkət və işlə əlaqəli qəzetdən/jurnaldan/saytdan alınmış əlavə məlumat verərək ağıllı suallar soruşa bilərsiniz. Müsbət meyllilik göstərərək asanca təsir göstərə biləcəyiniz suallar tapmağa çalışın və bir böhran vəziyyətində nə qədər sakit olduğunuzu göstərmiş olacaqsınız.
Xəbərdarlıqlar: Hər iş müsahibəsindən sonra niyə iş sahibi ilə/şirkətlə əlaqənin kəsildiyini düşünün. Zavallı bir işsiz görüntüsü verməmək üçün nələr edilməli, iş müsahibəsini uğursuz edəcək suallara icazə verməmək üçün nələr edilməli.
Müəllif: Vüsal Xudaverdiyev