Mükəmməl iş prinsipləri

Mükəmməl iş prinsipləri
730

Daha sürətli karyera formulunun çoxda qəliz olmayan ama ciddilik və səy istəyən formulları var. Bunlardan bəziləri barədə söhbət açmaq istəyərdim. Ümumiyyətlə karyera dediyimiz zaman sizinlə birlikdə şirkət içərisində iş yoldaşlarınız, və yaxud sektorda sizin işinizlə məşğul olan digər sahə yoldaşlarınızda göz qabağına gəlməlidir. Çünkü iş yerinizdə və yaxud sahənizdə sizin karyera yolunu artıq gedib başa çıxanlar var. Yada hələ yeni başlayanlar var. Sizdə bu cığırda yer alırsınız. Bu normaldır və burada qanuna uyğunluq var. Hər kəs müəyyən müddətdən sonra karyerasında yüksəlməyə başlayır.

Burda əsas məsələ olan odurki sizin nə qədər tez bir zamanda bu karyera yolunda ilərləməyinizdir. Sizdən öncəkilərdən dərs çıxartmaq və daha yaxşısını etmək məcburiyyətindəsiniz. Əgər bunu siz etməsəniz bunu əmin olun ki başqası edəcək. Daha vacib işləri öz üzərinizə götürmə və üstəsindən gəlmə bacarıqları qazanmalısınız, iş vaxtlarını düzgün qiymətləndirə bilmək və hər bir işi keyfiyyətlə görə bilmək bacarıqlarınız əmin ola bilərsiniz ki, sizi qısa zamanda digərlərindən fərqli edəcəkdir və mükafatlandıracaqdır. Bu zaman müddətində lazımsız vaxtda lazımsız yerdə olmamalısınız və lazımli işləri görməlisiniz. Əsasən vaxta diqqət yetirməyiniz çox önəmlidir.

İşə daha tez başlayın, daha ürəklə işləyin və daha gec işdən çıxın. İşə 1 saat tez gəlib 1 saat gec çıxdığınız zaman və bu müddət ərzində işlədiyiniz zaman gündə 2 saat artıq çalışımış və 5 gündə 10 saat daha artıq çalışmış olacaqsınızki buda aya çevirdiyiniz zaman yüksək rəqəmlər edir. Karyeranızda sizi sürətlə irəli aparacaq əsas ünsürdə elə vaxtdır. Vaxtınızı düzgün istifadə edin ki, gələcəkdə istirahət etməyədə o qədər çox vaxt qalsın.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/