Mühasibin işinə mənfi təsir göstərən top 10 səbəb

Mühasib ixtisası hesabatlara yuksək diqqət tələb edən işlərdən biri olmaqla böyük həcmdə  tapşırıqların həlli göz və beynimizə çox mənfi təsir göstərir . Bununla bərabər işin effektivliyinə çoxlu sayda mənfi təsir edən  faktorlar vardır. Biz sizə bunlardan top  10  səbəb  təqdim edirik.

  • İşıqların sönməsi

İşıqların sönməsi – ofisdə istənilən işin gedişinə mənfı təsir edən  fors  major  hallardan sayılır.Muhasib vaxtının  böyük bir hissəsini komputer qarşısında keçirdiyindən  bu hal onun üçün bir  faciədir.

  • Mühasibat  proqramlarında problemlər

 

 

Komputer proqramlarının informasiyanın həcmindən aslı olaraq donma xüsusiyyətləri vardır. Burada səbəb sistemdən gələn səhflər ve s məsələlər ola bilər.Proflaktika olaraq  proqramda  avtosaxlama funksiyasını aktiv saxlayın.

  • İnformasiya  daşıyıcılarında problemlər

Disk və ya flash karta köçürülən informasiya bəzən zədələnə bilir. Ekspertlər komputerdə rezerv kopya saxlamaq məsləhət görülür.

  • Kompüterlər bəzən diqqətsizliyə ve səhflərin yaranmasına səbəb olur

Kompüterlər əhəmiyyətli dərəcədə mühasiblərin işini asandlaşdırmaqla yanaşı bəzi ekspertlərin fikrinə görə  işi tam kontrol etməyə mənfi təsir edir.

  • Səhv  ünvanlar

Hazır faylları komputerdə yaddaşda saxlayan zaman bəzən saxlanılan ünvan səhv qeyd edilir. Bu  fayllar  təsadüfü papkalarda  saxlandıgı üçün axtarılması vaxt tələb edir.Ən pis halda isə işi yenidən yerinə yetirməlisiniz.

  • Rəqəmlərin monitordan kagızlara səhv köçürülməsi

Sütundakı informasiyanı səhv salaraq  düzgün köçürülməməsi ciddi problemlərə səbəb olur Kompüter yorulmur  insan isə yorulur.

  • Proqramları daima yeniləyin

Proqramlar həmışı avtomatik yenilənmir. Bunun üçün yeniliklərdən həmişə xəbərdar olun ve proqramları özünüz yeniləyin .

  • Rəqəmlərin yuvarlaqlaşdırılması

Müxtəlif proqramlar rəqəmləri müxtəlif cür  yuvarlaqlaşdırır. Məsələn Excell və 1C proqramı eyni rəqəmi müxtəlif cür yuvarlaqlaşdırır və nəticədə  məbləğlərdə  fərqlər  yarana bilər.Rəqəmlərin yuvarlaqlaşdırılması.

  • Serverdə baş verən problemlər

Serverdə baş verənproblemlər informasiyanın itməsinə səbəb olur.Yaxşı proqramist serveri tez bir zamanda düzəldə bilər lakin mühasibə lazım olan informasiyanı geri qaytarmaq mümkün olmaya bilər. İri kompaniyalar bu informasiyanı digər serverdə arxivləşdirir .Kiçik şirkətlər isə bunu edə bilmir.

  • Səhfən başqa bir klavişin düyməsinin basılması

Hər hansı bir hesabat üzərində saatlarla çalışa bilərsiniz. Lakin klavışin bir düyməsinin səhvən basılması onun silinməsinə səbəb olabilər.Vacib hesabatların hazırlanması  zamanı  çox diqqətli olmağınız məsləhət  görülür.

Mənbə: http://muhasib.info