Əziz oxucu, Siz bilirsiniz də, Azərbaycanda orta statistik məktəb müəllimi 150-200 manat pul alır, çox azdır düzdür?! İqtisadi nəzəriyyə bizə öyrədir ki, “əgər hansısa məhsulun (xidmətin) qiyməti azalırsa, onu təklif etmək maraqsız olur, yəni o məhsulun istehsalı azalır və s.”. Belə çıxır ki, ölkəmizdə heç kim müəllim olmaq istəməli deyil, düzdür!? İndi Siz digər səhnəyə nəzər yetirin, orta məktəbdə işləmək üçün keçirilən işə qəbul imtahanlarında “boş yer” demək olar ki, olmur. Yəni müəllim maaşı çox az olsada, müəllim olmaq istəyənlərin sayı, hər hansı digər peşələrdən daha çoxdur. Nədir bunun səbəbi?!
İlk əvvəl qeyd etməliyəm ki, mənim valideynlərimin hər ikisi müəllimdir və laaaap uşaq vaxtlarında müəllim maaşının, müəllim gəlirinin necə az olduğunu “yumşaq desək” bilmişəm. Həmçinin müəllim peşəsinin necə çətin, çətin olduğu qədərdə şərəfli olduğunu bilirəm. Amma, “müəllim işləmək bazarında” olan vəziyyəti başa düşə bilmirəm.
Bugün Azərbaycanda müəllim ayda nə qədər pul qazanır?! Əlbəttə, bu suallın cavabını verməzdən əvvəl biz “necə müəllimin?” suallına cavab vermək lazımdır. Bugün ölkəmizdə müəllimlərin əsas gəlir mənbəyi məhz repotitorluqdan əldə edilən gəlirlər hesabına formalaşır. Bu təbii haldırmı?! Bəli – çünki müəllimin aylıq əmək haqqısı son dərəcə azdır. Bu belə olmalıdırmı?! Bilmirəm.
Biz başa düşməliyik ki, cəmiyyətimiz bazar iqtisadiyyatında yaşayır və bazar qaydaları mütləq qaydada özünü cəmiyyətimizin butün sahələrində göstərməlidir. Bugün demək ki, müəllimlərin əmək haqları azdır… sırf bazar iqtisadiyyatı şərtlərinə görə düzgün deyil. Əgər əmək haqqı müəllimi qane etmirsə, əgər əmək haqqısı azdırsa, niyə bu qədər gənclər orta məktəbdə işləməkdən ötrü çalşırlar. Hətta ayda cəmi 120-150 manat maaş almaq üçün hamımız bilirik ki, bəzən 10-12 min manat rüşvət verənlər olur.
Diqqət edin: öz üzərində işləyən, ciddi repititorluq fəaliyyəti aparan, aktiv olan, öz əməyini bazar şərtlərinə uyğun PR edən müəllim ayda rahatlıqla 1500-2000 manat pul qazana bilir. Halal pul. Müəllim sadəcə dərsdən sonra uşaqlara repititorluq xidmətləri göstərir və pul qazanır. Digər müəllimlər isə, tənbəllik edir, öz üzərində ciddi işləmir və “dövlətə” “hökümətə” öz narazəlığını bildirir. Ona elə gəlir ki, gunahkar dövlətdir.
Mən hesab edirəm ki, bugün ölkəmizdə ən çox ehtiyyac olan xidmətlərin başında “öyrətmək”, “maarıfləndirmək” xidməti durur. (ola bilər səhiyyə xidmətləridə, elə müəllim qədər vacibdir). Bu xidmət üçün dövlət rəsmi olaraq çooox az hesab edilən bir əmək haqqı təyin edib. Müəllim bundan razı deyil, amma digər tərəfdəndə gənc müəllim olmaq istəyənlər hazırlıq görürlər. Burda ciddi disbalans var. Əgər cəmiyyətimizdə ciddi öyrənmək ehtiyyacı varsa, digər tərəfdən müəllim olmaq istəyənlərin sayı, real ehtiyyac olunan müəllimlərdən çoxdursa, deməli bugün Azərbaycanda müəllim peşəsi tam bazar şərtlərinə uyğun işləmir.
Düşünə bilərik ki, təhsil sözü, bazar sözünün önündə heç zaman dura bilməz. Məncə yox! Qətiyyən yox. Bugün ölkəmizdə butün proseslər bazar şərtlərinə uyğun tənzimlənməlidir. Müəllimlik, dərs, tədrisdə mütləq bazar, biznes şərtlərinə uyğun olaraq aparılmalıdır. Dövlət isə, öz fiskal siyasəti ilə, qanunvericiliklə buna nəzarət etməlidir.
Fikir vermişəm, istər FB, istər şəxsi bloq fəaliyyəti ilə məşğul olan repititorlar ölkəmizdə barmaqla sayılır. Heç eşitmisiz, Azərbaycanda Riyaziyyət müəllimləri forumu, Azərbaycan Dili müəllimləri forumu olsun!? Yox, əlbəttə yox. Heç YouTube dərslik öyrədən onlayn Azərbaycan dilli kanal var?! Axtarmayın, tapmazsız! Müəllimlər öz peşələrində ekspert, peşakar olmaq istəmirlər. Amma sonra çox həvəslə “Əmək haqqı cəmi 150 manatdır…” deyə danışırlar.
Əmin olun, etdiyiniz işin həcmindən, istiqamətindən və s. asılı olmayaraq əgər biz bazar iqtisadiyyatında yaşayırıqsa, biz mütləq marketinq, PR, brendinq kimi elementlərin üzərində işləməliyik, eləcədə müəllimlər. Müəllimlərdə öz marketinqlərini etməlidirlər, onlarda başa düşməlidir ki, şəxsi brend qurmaq vacibdir. Onlarda sosial şəbəkələrdə aktiv olmalıdırlar. Məncə.
Biz hesab edirik ki, istənilən işdə uğur qazanmaq üçün mütləq və mütləq muasir marketinq elementlərindən istifadə etmək vacibdir. Sonda Sizə bir söz deyim, yaxın dostum, ölkəmizdə ən tanınmış həkimlərimizdən olan, eks-şahmatçı Araz Bayramov belə öz mükəmməl həkimlik fəaliyyətində brend, tanıtım elementlərində istifadə edir. Əminəm ki, Arazın buna ehtiyyacı, “müəllimlər”dən daha azdır, amma buna baxmayaraq həkimlər bu işlərdə müəllimlərdən çox-çox öndədirlər.
Müəllimlər, düşünün!)
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com/