Microsoft daha 2100 işçisini niyə ixtisar edib?

Microsoft daha 2100 işçisini niyə ixtisar edib?
2689

Oneclick.az saytı BBC-yə istinadən bildirir ki, Microsoft şirkəti işçi qüvvəsilə bağlı yeni plan tərtib edib. Bu plana əsasən Şirkət 18000 işçisini ixtisar etməlidir. Bu rəqəm onun işçi heyətinin 14%-ni təşkil edir. Yaxın günlərdə isə Microsoft 2100 iş yerini ixtisara salmışdır.

Proqram təminatçı nəhəngi Sitl şəhərində daha 747 iş yerinin ixtisar olunacağını deyib. Microsoft satın alınan Nokia telefon bölməsində toplum olaraq 13,000 iş yerini ixtisar edib. İyul ayında icraçı direktor Satya Nadella Microsoft şirkətinin artıq proqram təminatçısından online servis, apps və qurğular üzrə hərəkət etdiyi barədə radikal planlarını elan etdi.

Məvacib ödəniş cədvəlində təxminən 127 000 adama malik olan Microsoft ixtisarlarla əlaqədar xərcləri 1.1 milyard dollarla 1.6 milyard dollar arasında olmasını üzərinə götürəcək. Microsoft öz bəyanatında bildirdi ki, son ixtisarlar onun bütün biznes sahələrini və müxtəlif ölkələrdəki bölmələrini əhatə edib.

Öz çıxışında cənab Nadella bir daha bildirdi ki, bu ixtisarlar çətin olsa da, şirkətin texnologiya aləmində yeni istiqaməti üçün çox vacib addımlardır. ”Şirkəti yeni istiqamətdə qurmaq üçün bizim ambisiyalara görə ilk addım işçi heyətini yenidən qurmaqdır” deyə bildirdi.

Microsoft aprel ayında özünün son satınalmasını Nokia-nı özünə birləşdirməklə tamamladı ki, bununla da mobil telefon və cihazlar dünyasında öz mövqeyini daha da möhkəmlətdi. Nokianin qiyməti təxminən 7.5 milyard dollar civarında idi.