Amerika şirkəti Harman hamımıza tanış olan Microsoft Office proqramlarının avtomobilə inteqrasiyası üzərində çalışır. Yaxın zamanda Word və Excel kimi proqramlara təkcə komputerlərdə deyil həmdə avtomobillərin informasiya və əyləncə sistemlərində rast gəlinəcək. Harman şirkətinin proqrammistləri sürücülərə avtomobili idarəetmə prosesindən ayırmadan elektron poçtu yoxlamağı, konfrans zənglərin reallaşdırılması imkanını vermək niyyətindədirlər. Microsoft Office-in bəzi proqramları avtomobilin yalnız autopilot rejimində sürücələr üçün aktiv olacaq. Beləliklə sürücülər sözügedən proqramların ən son versiyalarını istifadə edə biləcəklər.
Mənbə: http://technote.az/