Ötən ildən qalan və bu ilin də əsas məzuniyyət günlərini 1 ay ərzində Bakı 2015 Avropa oyunlarında işlməyə sərf etdiyimdən istirahət üçün məzuniyyətə sadəcə 10 iş günü vaxtım qalmışdı və bu günlərdə də bu 10 günü xərcləməkdəyəm, daha konkret artıq bitirməkdəyəm. Məzuniyyətlə bağlı çoxlu miflər var. Təbii ki, sadəcə şəxsi təcrübəyə əsasən bu miflərin nə qədər real olub-olmadığını demək düzgün olmaz. Amma bir şeyi dəqiq deyə bilərəm ki, hansı şəraitdə işləməkdən asılı olmayaraq insan ildə azı 5-10 günü məzuniyyətə çıxmalı və növbəti məsələlərə unutmamalıdır:
Marketinq sahəsində çalışmaq həm də ona görə gözəldir ki, nə etsən, necə etsən bu sənə yeni şeylər öyrədir və faydalı olur. Heç vaxt baxmadığım kanallara baxmaq, özümə aidiyyatı olmayan jurnalları oxumaq və ya ilk baxışdan cəlbedici görünməyən kitabları oxumaq, fərqli səyahət təcrübələri, əgər səyahət edirsinizsə digər turistlərlə ünsiyyət, fiziki hədəflər qoyub onlara çatmaq, məzuniyyətdir deyib gec durmaqdansa səhər daha tez durmaq və s. Gündəlik rejim qayğıları adamı sıxır və həyat yorucu olur. Amma ələ belə fürsət düşəndə gərək istifadə edəsən. Həmçinin internetsiz 2 həftə də maraqlıdır.
Bəzən aylarla bizim vacib məsələlər haqqında düşünməyə vaxtımız olmur. Deyə bilərsiniz, həftə sonları, il ərzində bayramlar və digər günlərlə bağlı qeyri-iş günləri var. Amma çoxumuzda bu günlər adi iş günlərindən fərqlənmir. İş və həyat qayğıları bizimlə olur. Nəticədə oturub həyatımızı müsbətə dəyişəcək və ya kiməsə, nəyəsə münasibətimizi pozitivləşdirəcək məsələlələr haqqında düşünmək imkanımız az olur. Məzuniyyət isə sanki F5 düyməsidir. İnsan onu düz keçirirsə beyin təzələnir, yeni ideyalar, starteji yanaşmalar, əminliklər formalaşır. Yeri gelə oxuduğunuz bu bloqu açmağa mən ötən il məzuniyyətin elə birinci günü qərar vermişdim.
Bu da düşünməyin elə davamıdır. Sadəcə xüsusi olaraq ayrıca vurğulayıram ki, təsirli olsun. İlboyu iş rejimi beynimizi o qədər yorur ki, mənasız fikirlərə dalırıq. Bəzi insanlara qarşı, hansısa məsələlərə qarşı ‘qurdlu’ düşünürük. Əslində həyat çox qısadır belə şeylərdə ilişib qalmağa dəyməz.
Mədəniyyətlər, fərqliliklər, yeni bilik və təcrübələr, pozitiv emosiyalar, sevincli, həyəcanlı, qorxulu anlar. Bunların hamısını səyahət etməklə qazanmaq olar. Fərq etməz ölkədaxili və ya ölkəxarici. Yetər ki, məqsədli olub ömrümüzün sonuna qədər ən azı məzuniyyətdən məzuniyyətə çoxlu səyahətlər edib qlobusun ‘bütün nöqtələrinə’ ayaq basaq ki, təqaüdə çıxanda turizm şirkətində biz də deyək ki, ‘get mənə başqa qlobus gətir’
Bəzən böyük hədəflər qoyub xırda detallara fikir vermirik. Hamımızdan soruşanda böyük məqsədlərimizi həvəslə deyirik. Amma istər xoşbəxtlik, istər böyük bir layihə xırda elementlərin vaxtında və düzgün icrasından keçir. Deyə bilərsiniz bunu bilmək üçün məzuniyyətə çıxmaqmı lazımdır məgər, yox sadəcə məzuniyyət həyatımızdakı bütün fərqli detalları bir-birindən ayırmağa kömək edir. Həyat sadəcə işdən ibarət deyil. Məzuniyyətə iş aparmamağa çalışmaq lazımdır. Bu vaxt şəxsi işlərimiz üçündür və məzuniyyət bizə ilboyu hər şeyin öz yeri var prinsipini öyrədə bilir. Qalır buna əməl etmək.
Məzuniyyətdə həm də sosial mediadan çox uzağam. Bu günlər gündəm nə qədər önəmli olsa da ‘stand by’ rejimindəyəm. Ona görə də bu son 2 həftədə ilk yazımdır və buradaca da tez-bazar yekunlaşır. Amma irəlidə böyük hədəflər var. Necə deyərlər yeni sezonda görüşənədək.
Müəllif: İlham Yusifov
Mənbə: http://ilhamaliyusif.com