Mənim qızıl 10luğum 2015
Son vaxtlar bu bloq – www.ilkinmanafov.com bloqu artıq İlkin Manafovun özü üçündə köməklik edir. Biilirsiz necə? Çox sadə, mən keçmişdə yazdığım bloq postları oxuyaraq o vaxt olan, düşüncələrimi, fikirlərimi aydın şəkildə izləyə bilirəm. Bu çox yaxşıdır. Məsələn, mən 2013-cu ilin yanvar ayında yazdıqlarımı oxuyaraq həmin dövrlərdə nə düşündüyümü aydın şəkildə sezə bilirəm. Həmçinin mənim ildə bir dəfə standart olaraq yazdığım bloq postlar olur ki, burdada bəzi düşüncələrimi 0xuyaraq aydın sezirəm. Düşünürəm ki, indi Sizinlə paylaşacağım bloq postda belələrindən olacaq. Beləliklə mənim qızıl 10luğum hal-hazırda nədir?
Daha əvvəl mən özümün prioritet hesab etdiklərimi video və bloq postla Sizə çatdırmışdım. Bu yenilənmiş versiyadır. Başlayaq?
- 10. Asand heçnə olmur. Düşünürəm ki, həyatda (biznesdə) asand qələbə qazanmaq mümkün deyil. Nəyəsə nail olmaq üçün mütləq öz üzərində çalışmaq, qərarlara korrektə etmək, daim başını işlətməlisən. Belə olmadığı halda istəklərinə nail olmaq son dərəcə çətin ola bilər.
- 9. Böhran biznesin “qripidir”. Böhran hər bir biznes üçün keçərlidir və olması təbiidir. Böhrana qalib gəlmək güclü immunitet olmalıdır. Yalnız belə olduğu zaman böhran biznesi daha güclü edir. Azərbaycan biznes ənənəsinin zəif olması, menecerlərimizin (həmdə sahibkarlarımızın) təcrübəsinin azlığı böhrana qarşı bizə çox həssaz edir, immunitetimiz zəifdir. Amma inanıram ki, güclülər meydana qalacaq.
- 8. Əlaqələr vacibdir (nə qədər desəm azdır). Bunu Sizə çox demişəm. Amma təkrarçılıq olmasın deyə… bir daha deyib, novbətinə keçirəm. Əlaqələr son dərəcə vacibdir. Bunu qoruyun, bunu inkişaf etdirin.
- 7. Hamının bildiyini bilmək, heçnə bilməmək kimi bir şeydir. Düşünürəm ki, ciddi nailiyyətlərin olması və ya fərqlənmək üçün mütləq qaydada qeyri-standart bilikləri malik olmaq lazımdır. Hamının bildiyini öyrənən adamlar, əslində özlərini aldadırlar – onlar heçnə bilməmək üşün çalışırlar.
- 6. Həvəsdən düşmək biznesmen üçün fəlakətdir. Müğənni həvəsdən düşsə oxumaz, sonra həvəsə gəldikdə yenidən fəaliyyətini davam etdirər, eləcədə yazıçı, həkim… , məhəndis və s. AMMA biznesmen həvəsdən düşsə… biznes sadəcə onu məhv edə bilər. Bu baxımdan sahibkarın birinci bacarığı özünü daim motivasiya etməyi bacarmaq olmalıdır.
- 5. Yaxşılıq etmədiyiniz adamlardan, pislik gözləməyin. Bəli, bəli yazıda səhv yoxdur, düz oxumusunuz. Birinə deyirlər ki, filankəs sənin haqqında pis danışır… adam cavab verir – ola bilməz… mənim ona heç bir yaxşılığım dəyməyib, o mənə pis ola bilməz. Adətən zərbəni yaxşı olduğunuz adamlardan almaq təhlükəsi böyükdür.
- 4. Sadiqlik daha yaxşı təklif çıxana qədərdir. Biznesdə müştəri sadiqliyi yoxdur. Sadiq müştəri gözlədiyi xidməti (dəyəri) aldığı ana qədər sadiqdir, üzünə pis baxan kimi, “töik” vuracaq. Bu heçdə o demək deyil ki, biz xoşumuz gəlməyən yerə getmirik… qətiyyən. Bu sadəcə o deməkdir ki, biznesdə sadiq müştəri yox, məmnun müştəri ola bilər. Məncə.
- 3. Ətrafımızda özünüzdən güclü adamlarla əhatə edin. Belə adamların ətrafımınızda sayını çoxaltmaq vacibdir. Ümumiyyətlə çalışmaq lazımdır ki, özünüzdən güclü adamların ətrafında olasınız. Şahmat oynadığımız vaxtlarda… ən prioritet yarış əlbəttə, ölkə çempionatı keçirilirdi. Çempionata 1 ay qalmış xarici beynalxaql yarışda iştirak etməklə çempionata daha güclü hazırlaşmış olurduq, çünki çoxlu güclü şahmatçı görmüş olurduq və s.
- 2. Səmimiyyət ən təsirli müdafiyə növüdür. Çox zaman biz düşünürük ki, aşırı səmimiyyət problem yarada bilər. Hətta deyirlər ki, Azərbaycanda səmimiyyəti başa düşmürlər… biz hesab edirik ki, bu qətiyyən belə deyil. Yalnız səmimi münasibət quraraq biz öz istəklərimizi insanlara (partnyorlara, müştərilərə və s.) izah edə bilərik. Bu baxımdan səmimiyyət 21-ci əsrdə son dərəcə təsirli silahdır.
- 1. Hər şeydən SƏN-dən asılıdır. Yalnız və yalnız özünüzə güvəndiyiniz zaman gördüyümüz işlərdə effekt almaq mümkün ola bilər. “day-day”, “gohumlar”, “dostlar” və s. yalnız işinizi düzgün qurduğunuz zaman dəstək verə bilər. Gördüyünüz işin (biznesin) təməlini Sizdən başqa heç kim yarada bilməz. Özünüzdən böyük heç kim yoxdur.
Düşünürəm ki, bu bloq postda yazdıqlarım hal-hazırda ağlımda olan və ciddi riayyət etdiyim əsas prinsiplərdir. Sizləridə bu prinpislərə riayyət etməyinizə dəvət edirəm.
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com