Məhsulların keyfiyyətinə görə qiymətləndirmə strategiyaları
Marketinqdə məhsulun keyfiyyətinə görə qiymətləndirmə strategiyaları vardır. Bu mövzu barədə asan şəkildə məlumat tapmaq biraz çətindir. Ona görədə bu yazıda məhsulun keyfiyyətinə görə qiymətləndirmədən danışacağam. Əslində bu iki ünsür yəni məhsulun keyfiyyəti və qiyməti bir birini dəstəkləyən ünsürlər olmaqla yanaşı, alıcıların məhsulu alarkən qərar verdikdə ən diqqət etdikləri ünsürlərdir. Bunu qiymət və keyfiyyət cədvəllə göstərəcəyəm.
- Prestij qiymət strategiyası - Əsasən qazancı çox və prestijli yaşamağı sevən kütləyə xitab etməkdədir.
- Yüksək dəyər strategiyası - Bu strategiyada məhsulun keyfiyyəti yüksəkdir,ama qiymətdə biraz endirim olunaraq firma və şirkət etibarını və bazardakı payını artırmaq üçün istifadə olunur.
- Super dəyər strategiyası - Bu strategiyanı hər şirkət və müəssisə edə bilmir. Məhsulun keyfiyyəti yüksək ama qiyməti aşağı olduğundan məhsulu bəzən başa baş yada ziyana bazara çıxartmaq, hər şirkətin işi deyil. Bu strategiyadan çox vaxt mega şirkətlər yararlanmaqdadırlar. Məqsəd isə kiçik rəqibləri bazardan sıxışdırıb çıxartmaqdır.
- Hürküdücü qiymət strategiyası - Bu strategiyadan özünə və müştərilərinə güvənən şirkətlər istifadə etməkdədirlər.
- Orta dəyər strategiyası - Bu strategiya bazardakı payından razı olan şirkətlərin işinə çox yaramaqdadır. Risk yarandığı halda isə qiyməti biraz aşağı salaraq bazardakı payını qorumaqdadırlar.
- Yaxşı dəyər strategiyası - Bu qiymətləndirmə növündən çox vaxt məhsula olan tələbatı artırmaq üçün, və yaxudda bazara ilk girərkən bazarda məhsulun və şirkətin yerini möhkəmləndirmək üçün istifadə olunur.
- Soyğunçu qiymət strategiyası - Bu qiymətləndirmə yolu ilə çox vaxt şirkətlər qazancı maksimuma yaxudda məhsulu keyfiyyətki göstərməyə çalışırlar. Ancaq bu strategiya şirkətin bazarda qalması üçün təhlükə daşımaqdadır.
- Ucuz göstərməyən qiymət strategiyası - Adınnanda bəlli olduğu kimi burda məqsəd məhsulu ucuz və keyfiyyətsiz göstərməməkdir.
- Ucuz qiymət strategiyası - Bu qiymət strategiyası ancaq kasıb təbəqəyə yönəlmişdir. Qiymətin çox aşağı olması keyfiyyətinində nə dərəcədə olduğunu ortaya qoymaqdadır.Bir şirkət müxtəlif hədəf kütləsi üçün məhsul qiymətləndirməsi edə bilər. Həmdə eyni məhsul müxtəlif zamanlarda müxtəlif cür qiymətləndirilə bilər.
Müəllif: Cavid Abasov
Mənbə: http://cavidabasov.blogspot.com/