Mədəniyyət Sizsiniz

Xalqlarda 30 nömrəli avtobusa minmişdim, 28 maya gedirdim. Yolun yarısını getmşdik ki, bir də gördüm avtobus da vay şüvən başlayıb. Məsələnin əvvəlində fikirim haralarda olubsa, hiss etdim ki, söhbətə fransızam, yəni səbəbin nə olduğunu başa düşmürəm, amma babat səs küy var. Birinci elə bildim yenə dövlətə, sistemə və ən nəhayyətində nəqliyyat nazirliyinə etiraz edə bilməyənlər, intervalla bağlı sürücünü qaralayıblar, sonra gördüm yo bu səfər başqa məsələdi. Sən demə bir orta yaşlı qadın, oturacaqda oturan cavan bir qızın başının üzərində xeyli dayanmasına baxmayaraq, bu cavan xanım qız o qadına yer verməyib və nəticədə orta yaşlı qadın başlayıb neyi var təhqirlərə, elə bil avtobus bu xalanındı qızda pulu olmadığı üçün avtobusdan nisyə istifadə edən sərnişin. Nəysə bu xala hətta yer tapıb oturmasına baxmayaraq səsküyünü davam etdirdi, çox ağır təhqirlər səsləndirdi, bütün avtobusda qadını sakitləşdirə bilmirdi. Sonra nəhayət bu qadın enəcəyi yerə çatdı və düşüb getdi, başımız dincəldi.

Azərbaycanda xidmət sahəsində çalışanlar yəni xidmət göstərən şəxslər haqda hər zaman danışılıb müzakirə olunub, qınanılıb və sairə. Lakin bu günlərdə diqqətimi çəkən məqam ondan ibarət oldu ki, nədənsə hər zaman xidmət göstərən şəxslər haqda yazırıq, lakin xidmət istifadəçilərinin, müştərilərilərin, istehlakçıların “mədəniyyətindən” daha doğrusu mədəniyyətsizliyindən! heç danışmırıq.

Yox, düşün aşağı məqaləyə şərh yazaraq xidmət edin söyləmək niyyətində deyiləm )) sadəcə məncə bu məsələyə də diqqət yetirməyin zamanı çatıb. Məsələ burasındadır ki, ölkəmizdə bir çox sahədə etik qaydalara riayət olunmadığı kimi, müştəri yəni istifadəçi olan şəxslərin də əksəriyyətində, ciddi bir müştəri mədəniyyiətsizliyi hökm sürməktədir. Kimisi küçədə bacada gördüyü qızlarla cəsarət edib edə bilmədiyi iyrənc zarafatları kafelərə gedəndə orada çalışanlarla edir, kimisi sürücüyə saxla sözü söyləmədən qapını təpikləməyə başlayır. Mağazada, marketdə nəsə almağa hazırlaşırsan, ağzını açıb satıcıya nəsə deməyəcəksən ki, birdə görürsən kimsə səndən qabaq başını soxur qabağa. Bəs növbədə dayanmaq ?!

Bəs hər zaman mədəniyyətdən və kreativlikdən danışan, oxuduğu kitabların şəkillərini çəkib facebook da paylaşan, və bütün bunlarla paralel olaraq da, danışığına sahib ola bilməyən bu gənclərə nə deyəsən ? Əgər bir məkan da, spirtli içki verilirsə, elə bilirlər o məkan da ağzına gələn söyüşləri söyə bilərlər. Hər hal da, kimsə içki içirsə söyüş dinləməyidə sevir və ya dinləməyə məcburdu deyə düşüncədə deyilsiz. Belə şəxslər başa düşmürlər ki, istənilən məkanın özünə məxsus davranış etikası qaydaları var. Və əgər bu qaydalar kağıza yazılaraq divara yapışdırılmayıbsa və əməl etməyənə söyüş qoyulmayıbsa, bu o demək deyil ki, siz harada gəldi özünüzü “buraxmalısız”. Hər bir mühitə uyğun olan etikaya riayət etmədikdə, siz digər müştərilərin, istifadəçilərin hüquqlarını pozursuz, başqasının hüququnu pozanların isə, öz hüquqlarını tələb etməyə haqqı olmayacaqdır!

Adamı ən çox da, çantadan dağılmış 20 qəpikliklər kimi hərəsi bir tərəfə səpələnən, bir-birindən 5-10 metr aralıda avtobus gözləyən şəxslər əsəbləşdirir. Ay insan, 10 metr o tərəfdə dayanan adam səni yeyəcək? Yoxsa küçənin ortasında tutub zorlayacaq ki, sən ondan bu qədər aralıda dayanırsan və avtobus da 5-10 metrdən bir saxlamaq məcburiyyətində qalır. Sonra da deyirsiz nəqliyyat sistemi elə gəldi, özbaşınalıq belə getdi. Niyə düzəlməyə özünüzdən başlamırsız ? sadəcə həvəsim yoxdur ki, “Dünyanı dəyişmək üçün, birinci özündən başlamalısan” və sairə kimi aforizmlər və müəlliflərini yazım. Ama bu o demək deyil ki, mən yazmasam siz də beyninizi çalışdırmamalısız.

Bu ölkə də, nələrisə dəyişmək üçün özlərindən və ya ətrafında olanlardan başlamaq istəyənlər yox dərəcəsindədir. Çünkü ilk növbədə əksəriyyət də, etikasızlıq, mədəniyyətsizlik baş alıb gedir! Bilirəm çoxunuz düşünürsünüz ki, bütün bunları əksər hallar da, dağdan dünən düşənlər edir, (razıyam, elə bu yazı da onlar üçündür, oxuyub nəticə çıxararlar bəlkə) Lakin reallıq budur ki, hər bir bölgənin mədəni, alicənab, kübar insanları da var, mədəniyyət sözünün “m” hərfindən belə xəbəri olmayanlarıda.

Gəlin hər bir məkana uyğun etik qaydalara riayət edək. Xidmət göstərənlərdən mədəniyyət tələb etməyin ən doğru üsullarından biri də, ilk növbədə özünün mədəni olmağındır. Təbii ki, istisna hallar da var ki, müştəri hər nə qədər mədəni davransa da, xidmət göstərən elə öz mədəniyyətsizliyəndə qalır. Lakin bu o demək deyil ki, siz də öz missianızdan vazgeçməlisiz. Mədəni bir cəmiyyət ümidi ilə :)

Müəllif: Murad Məmmədov

Mənbə: http://mammadovmurad.blogspot.com