Dünya kompüter sənayesi tənəzzül dövrünü yaşayır. “3dnews.ru” saytının verdiyi məlumata görə, bunu IDC və “Gartner” analitik agentliklərinin məlumatları sübut edir.Onların ilkin qiymətləndirməsinə görə, masaüstü kompüter və noutbuk tədarükü rekord sayda azalıb.
“Gartner”də hesab edirlər ki, 2015-ci ilin dördüncü rübündə masaüstü kompüterlərin qlobal bazarının həcmi daha əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7 faiz azalıb. Bu, artıq yeddinci rübdür ki, azalma qeydə alınır. İDC mütəxəssisləri isə tədarükün 6 faizlik azalmasını qeydə alıblar.
Hər iki araşdırma şirkəti kompüter sənayesinin 2015-ci ildə 2014-cü ilə nisbətdə ümumilikdə 10 faiz və ya 314-316 milyon ədəd azalması kimi qiymətləndirilər. Daha əvvəl bu bazar heç vaxt 4 faizdən aşağı olmayıb. İDC mütəxəssislərinin proqnozlarına görə, 2016-cı ildə masaüstü və portativ kompüterlərin tədarükü 4 faiz azalacaq.
“Gartner”in analitiki Mikako Kitagava bildirib ki, buna səbəb istehsalçıların bir sıra inkişaf etmiş ölkələrdə bir çox problemlərlə üzləşməsidir. Çünki bu ölkələrdə bir çox insanlar iri stolüstü kompüterlər almaqdan imtina edirlər. Mütəxəssis bildirib ki, inkişaf etmiş bazarlarda istifadəçilər üçün əsas internet avadanlığı smartfondur, əsas hesablama vəsaiti isə planşetdir.
2015-ci ilin oktyabr-dekabr aylarında əsas stolüstü kompüter istehsalçısı “Lenovo” şirkətidir. Belə ki, onun ümumi bazardakı payı 19 faiz təşkil edib ki, bir il əvvəl bu rəqəm 17 faiz idi. Çin şirkətinin ardınca isə ABŞ-ın HP şirkəti gəlir.
Mənbə: http://ikt.lent.az/