Marketoloqlar üçün 15 super faydalı rusdilli sayt
Marketinq (xüsusən də rəqəmsal-marketinq) o qədər inkişaf edir ki, artıq bu gün hansısa mövzuda oxuduğunuz kitab, sabah artıq aktual olmaya bilər. Ona görə indiki dövrdə yeni trendləri izləmək, daimi aktual mövzulardan xəbərdar olmaq üçün müxtəlif tematik bloq və saytları oxumaq lazımdır. Mən sizi marketinq haqqında 15 maraqlı və super faydalı rusdilli sayt ilə tanış etmək istəyirəm.
Xəbər portalları
- Sostav.ru – marketinq aləmində baş verən son və aktual xəbərlər, maraqlı trendlər.
- Cossa.ru – rəqəmsal-marketinqin son yenilikləri, keyslər və xarici saytlarından xəbərlərin toplusu.
- Vc.ru – biznes, texnologiya və startapları haqqında maraqlı xəbər və məqalələr.
- Adindex.ru – reklam bazarının son yenilikləri.
- Seonews.ru – adından görsəndiyi kimi, saytın əsas mövzusu SEO-dur. Lakin, marketoloqlar özləri üçün da maraqlı məlumatları tapa bilərlər.
Rəqəmsal-marketinq
- Texterra.ru bloqu – Texterra MDB bazarının rəqəmsal-marketinq üzrə öndə olan şirkətlərindən biridir. Bloqlarında onlar öz faydalı bilikləri və maraqlı keysləri paylaşırlar.
- Primeliber.com – Rəqəmsal-marketinq, Uİ/UX, dizayn, startap haqqında yazıların toplusu. Siz də öz yazılarınızı orada paylaşa bilərsiniz.
- Madcats.ru – Rəqəmsal-marketinq haqqında “longread”ləri xoşlayanlar mütləq bu saytı dəyərləndirməlidirlər.
- Habrahabr.ru – Rusiyanın ən tanınmış İT saytı. Marketinq (təbii əsasən rəqəmsal-marketinq) haqqında xüsusi bölümü var.
- Rusability.ru – kontent-marketinq, usability, SMM haqqında materiallar və infoqrafikalar.
Bloqlar
- Andrey Zinkeviçin bloqu – daimi izlədiyim marketoloqlardan biri. Həmçinin, siz onun kitabının tərcüməsini mənim bloqumda yükləyə bilərsiniz (əgər hələ də yükləməmisiniz :))
- Thebigplans.ru bloqu – Мегаплан şirkətinin bloqu. Şəxsi effektivlik, motivasiya və satış haqqında materiallar.
- Leadmachine.ru bloqu – bloqun əsas mövzuları: SMM, email-marketinq, usability, təhlil. Çoxlu keyslər var.
- Netology.ru bloqu – Netologiya Rusyanın tanınmış onlayn universitetdir. Onun bloqunda hətta böyük peşəkarlar özləri üçün lazımı məlumatı tapa bilərlər.
- Denis Kaplunovun bloqu – Rusiya və Ukraynanın ən tanınmış kopirayterlərdən biri. “Mətnin tərtibatı üçün 27 tövsiyyə” məhz Kaplunovun yazısının adaptasiyasıdır.
Müəllif: Samir Kərimov
Mənbə: http://samirkarimov.com/