Marketing AIR təkcə təlim deyil

Keçən 3 ildə çox yazılıb Marketing AİR haqda. Mən isə ilk dəfədir yazıram. Bildiyiniz kimi, Marketing AİR ilk praktiki sistemli marketinq təlimidir. 3 il əvvəl “paylaşırıq” (we share) deyib yola çıxdıq.

Oktyabrın 1-dən artıq 7-ci dəfə keçiriləcək Marketing AİR təlimləri. Marketing AİR-i yalnızca “təlim” adlandırmaq da böyük insafsızlıq olar. Aşağıda göstərməyə çalışıram ki, nəyə görə bir təlimdən çox-çox artıqdır Marketing AİR. 3 il bundan əvvəl İlkinRafiqlə birlikdə ilk Marketing AİR-ə başlayarkən bu işdə ardıcıl olmağın çox önəmli olmasını danışırdıq. Həmin ardıcıllığın göstəricisidir ki, artıq 7-ci dəfə Marketing AİR başlayır.

Marketinq təlimi deyiləndə ilk olaraq yada Marketing AİR düşür. Bu gün bir çox şirkətlərə marketoloq, marketinqlə bağlı mütəxəssislər lazım olanda ilk olaraq Marketing AİR-ə müraciət edirlər. Bunları görəndə, Marketing AİR brendinin gücünü görəndə aydın olur ki, Marketing AİR brendin necə yaradılmasından danışmaqla işini bitmiş hesab etməyib bu 3 ildə. Ortada yaradılmış brend var – sözün həqiqi mənasında rasional elementlərlə zəngin “Marketing AİR” brendi.

Bir az da dərinə gedək. Nədir Marketing AİR-i fərqli edən, bir təlimdən daha böyük edən?

 

Marketing AİR 300-dən çox məzun üçün networking platformasıdır bu gün. Marketing AİR məzunları birlikdə iş qururlar, yeni təlim mərkəzləri yaradırlar, yeni təşəbbüslərlə çıxış edirlər. Marketing AİR-in tez-tez özünün daxili networking tədbirləri olur.

Marketing AİR öz sloqanına, bəyan etdiyi prinsiplərə sadiq qalaraq paylaşmaq fəlsəfəsinin, bildiyini paylaşmaq ideologiyasının təbliğatçısıdır illərdir. Marketing AİR-in başlatdığı kampaniya nəticəsində onlarla yeni biznes bloqçular meydana gəldi. Yeni təlimlər ortaya çıxdı. Yeni marketinq tədbirləri, forumlar, konfranslar, verilişlər ortaya çıxdı.

10000-dən çox üzvü olan Marketing Azerbaijan qrupunun bütün tədbirlərinin əsas lokomotivi (40-50 %-i) olur Marketing AİR məzunları. Bununla da məhdudlaşmır. 2013-cü ildən başlayaraq keçirdiyimiz Milli Marketing Forumunun təşkilatçı komandasının əsasını Marketing AİR məzunları təşkil edir. İnternet Marketing TV olan FMR TV də Marketing AİR məzunlarının iştirakı ilə meydana çıxır.

Ölkənin ən populyar marketing portalı hesab olunan Facemark.az da bu gün Marketing AİR məzunlarının səyləri ilə daha böyük addımlarla irəliləyir. Marketing AİR məzunları özləri Digital Marketing Forumu (Konfransı) təşkil edirlər bu günlərdə. Özlərində bu gücü görürlər. Çünki Makreting AİR məzunu özünü tək hiss etmir, Marketing AİR-in gücünü öz gücü hesab edir.

 Müəllif: Anar Bayramov 

Mənbə: http://anarbayramov.com