Marketerlərin bir məhsul satışı üçün daima istifadə etdikləri yöntəmlərdən biri də insanlarda olan qazanmaq və ya uduzmaq hisslərini qıcıqlandırmaqla satışın təşkilidir. Belə ki, bu sizlərində hərzaman qarşılaşdığınız “1+1”, “50%endirim”,1-2sale-747404 “2 al
1 ödə” kimi kampaniyalar əslində bizlərin qazanma duyğularımızı istifadə edərək bizə satışı həyata keçirir. Bu tipli kampaniyalarda əsasən biz ikincini məhsula fokuslanaraq onu pulsuz qazandığımızı düşünürük və seçimimizi ondan yana edirik. Bəzən də heç ehtiyacımız olmasa belə sırf ikinci pulsuz olduğundan həmin məhsula pul ödəyirik.
Başqa formada isə bəzən qısa müddətli olaraq endirim kampaniyası olduğunu görürük və ondan faydaıanmaq üçün can atırıq (məs: 150 Aznlik bir ayaqqının və ya kursun 10 gün içində 115 Azn-ə təklif edilməsi kimi). Burda da eynilə bizim qazanma duyğumuzu hərəkətə keçirərək öz satışlarını həyata keçirirlər.
Bu satışın nəticələrinə gəldikdə isə aparılan bir araşdırmada “1+1”, “2 al 1 ödə” tipli kampaniyaların 30%-ində pulsuz olan məhsul heç istifadə olunmadan50 zibilə gedir. Bu isə müştərilərin cibinə ziyandan başqa birşey deyil. Burda itirən tərəf olan müştəri heç zaman itirmə duyğusunu yaşamır bunun əvəzinə o hələ qazanmağı düşünür.
Marketerlər bu yerdə öz işini çox yaxşı bacararkən müştərilərə məsləhətim alış etdiyi zaman öncə istifadə edəcəyini dəqiqləşdirib sonra almasıdır.
Müəllif: İsmayılov Azər