Marka Liderliyini Əldə Etmək Üçün 10 Yol

Marka Liderliyini Əldə Etmək Üçün 10 Yol
852

Son zamanlar izlədiyim bloqların birində Marka ilə bağlı belə bir yazıya rast gəldim. Mark Di Somma tərəfindən yazılmış “Marka liderliyini əldə etmək üçün 10 yol” adlanan maraqlı yazını tərcümə edib paylaşmaq istədim. Ümid edirəm ki faydalı olacaqdır. Marketoloqlar tez-tez marka lideri olmaq barədə danışırlar sanki bunu etmək ancaq bir işdən ibarətdir. Lakin markanın bazarda fərqli olmağı üçün müxtəlif yollar mövcuddur. Marka sahibləri üçün əhəmiyyətli qərar sizin necə rəhbərlik edəcəyiniz və nəyə görə bunun işə yarayacağıdır.

Ölçü – Bilavasitə aydın bir strategiyadır. Sən, rəqiblərinə nisbətən böyük bir marka yaradırsınız və sizə imkan yaradırki, kritik bazar qaydalarına güclü təsir edəsiniz. Marka, bu ölçüdən və bazar üstünlüyündən istifadə edərək öz sektorunda dünya üzrə “axtarılan marka” dərəcəsinə yüksələ bilər. Bu strategiya ayaq izi və tanınmağa fokuslanmış bir strategiya olmasına baxmayaraq vaxt, dəqiqlik və külli miqdarda sərmayə tələb edir.

Qiymət – Siz, bazar payı yüksək və cəlbedici olan markaları inkişaf etdirə bilərsiniz çünki onlar artıq özləri üçün yer ediblər, məskunlaşıblar. Bir məhsul üçün bazar payına fokuslanmaqla siz, geri dönüş vasitəsiylə liderliyi təqib edə bilərsiniz, belə ki ölçü o qədər də əhəmiyyətli olmur. Hətta gəlirliliyiniz daha aşağı olabilər. Bu strategiya mükəmməllik və inama mərkəzləşmişdir. Qiymət düşürən bütün təqlidçilərlə sona qədər mübarizə aparmaq lazımdır.

Düşüncə – Markanı, bazarın müzakirə etdiyi mövzuların mərkəzinə yerləşdirməklə bazarın nə barədə danışdığını idarə edə bilərsiniz. Düşüncə lideri statusu markaya ümumi varlığını və potensial təsirini artıracaq diqqət və əhatə(mühit) qazandıracaqdır. Markanın ən güclü üstünlüyü bu nailiyyəti gəlir gətirən geri dönüşlərə çevirmək olacaqdır.

Bəyəniləbilmə – Siz, hərkəsin digərlərinin də olmağını istədikləri və davranışları, məhsulları, xırdalıqlara diqqət yetirməsi ilə digərlərinə nümunə olaraq göstərilən bir marka ola bilərsiniz. Sənin, bu sevgini gəlirə çevirən güclü və cəlbedici satış kanalına ehtiyacın olacaqdır. Bunun nəticəsində ictimai emosiyası sürətlə dəyişə bilər, beləliklə də, bu gəlir gətirməsi vacib olmayan xoş bir seçim olacaqdır.

Dəyişmə – Siz qayığı yellədə bilərsiniz. Siz, performans, zehniyyət, uğur, maraq, auditoriya və məhsul üzərində dəyişiklik edə bilərsiniz. Hər kəs tərəfindən növbəti addımları gözlənilən, araşdırma mərkəzli və heç zaman yatmayan marka da ola bilərsiniz. Hər atdığınız addım, vurduğunuz zərbə güclü olmaya bilər amma siz, bütün araşdırmaların dəyərli olması üçün ən az bir forma dəyişdirə bilən zərbə endirməyə ehtiyac duyacaqsınız.

Hekayə – Hər kəsin dinlədiyi hekayəni danışa bilərsiniz. Bu, düşüncə ilə idarə edilmək kimidir amma bu yanaşma əsasən, cəlb etməyə yönəlmişdir. Məqsəd və yol sizin necə idarə etdiyinizin əsasını təşkil edir. Əlaqə isə ondan ibarətdir ki, siz necə uyğunlaşırsınız. Əsas nöqtə isə ödədikləri ilə onları özünə bağlayan arasında balans yaratmaqdır. Bunu doğru edin çünki buna qarşı çıxmaq çətin bir strategiyadır.

Mövqe – Hər kəsin alqışladığı bir marka ola bilərsiniz – qəlblərin çempionu, rəqibsiz. Liderlik edirsiniz çünki hərəkətdəsiniz, bu hərəkətlər və sənin səmimi görünüşün hamının reaksiyasını, diqqətini toplayır. Bütün bunların yüksəldici təsiri sosial mediya diqqəti cəhətdən gözqamaşdıran ola bilər. Bu zaman isə əsas nöqtə, əldə etdiyiniz razılaşma və düşüncə fərqliliyini pul çevirmək olacaqdır.

İxtisaslaşmaq – Siz, ətrafınızda olanlardan texniki olaraq daha yaxşısınız. Fikir olaraq bu ideya bir çox markaların xoşuna gəlir amma reallıqda isə liderliyi əldə etmək olqudca çətindir. Bu qarışıq bir yanaşmadır. Bunu isbat etmək də çətindir və hətta liderliyi qoruyub saxlamaq asan deyil. Bunu güclü hekayə danışmaqla birləşdirməyənə qədər bu soyuq və cəlbedici olmaya bilər. Hər kəsin yaxşı olduğu beynəlxalq bazarlarda kimsə əla olmalıdır – amma niyə siz, hansı gəlir üçün və hansı müddətə? Bu yanaşmaları düşünməyin barədə nəzərə alınan açar suallardır.

Məkan – Siz spesifik bazar və ya bazarlara liderlik edə bilərsiniz. Bunu uğurla etməyin sirri markanıza lazım olan ölçünü təmin etməyiniz və fəaliyyət göstərdiyiniz bölgə ilə aranızda olan əlaqəni vurğulayan hekayəni danışmağınızdır. Bu yanaşmanın üstünlüyü siz, ticari və mədəni olaraq məlumatlı olduğunuz və bildiyiniz mühit ilə rəqabət aparmağınızdan ibarətdir. Bu öz əhatəsini uzaqlaşdırmaq və genişləndirməkdən daha çox coğrafi olaraq rəqabət gücünə fokuslanmaq istəyənlər üçün olduqca effektiv bir yanaşmadır.

Mədəniyyət (Kültür) – Siz öz sektorunuzda daxildən xaricə lider bir marka inşa edə bilərsiniz. Bunların hamısı ən yüksək perfromans sərgiləyən təşkilatın inkişafının mümkünlüyü ilə bağlıdır. İki nöqtə əhəmiyyətlidir – siz bunu necə ölçürsünüz və siz nailiyyətə mərkəzli yanaşmanı bazarda necə izah və şərh edirsiniz. Yüksək performans sərgiləyən mədəniyyətlər effektiv, bacarıq mərkəzli və sıxdır. Onların imkanları və potensialları ilə bağlı güclü hissləri mövcuddur. Mübarizə, bu enerjini xaricə ötürmə nəticəsində ən rəqabətli bütünü qazanmaq üçün insanların bir-birlərini cəsarətləndirmələrini təmin etməkdir.

Nəticə etibariylə, bir marka olaraq necə idarə etdiyiniz marka kimi nə, harada və niyə rəqabət aparmağın tərəfindən qərarlaşdırılır. Hər marka lideri öz liderlik qarışığına bu elementlərdən bəzilərini daxil edəcəkdir: fərqliliklər necə və hansı dərəcədədir – xüsusiylə xarakterik olaraq. Geniş ya bəyənilmiş? Hekayə olmuş ya yerləşdirilmiş? Mənfəətli ya məqsədyönlü? Bu prioritetlərlə bağlı önəmli qərarlar necə rəqabət etdiyinizə və dünya səviyyəsində özünüzü necə və harada təqdim edəcəyinizə əhəmiyyətli dərəcədə təsir edər.

Müəllif: Əliqulu Mehdiyev

Mənbə: https://aliqulumehdiyev.wordpress.com/