Keçən gün “GAP” mağazasından mənim üçün alınmış kəməri başqa bir məhsula dəyişdirmək üçün yollandım “28 Mall” adlanan alış-veriş mərkəzinə. İçəri daxil olub məhsullara nəzər yetirdikdən sonra özümə uyğun məhsul tapa bilmədiyimdən məhsulu qaytarmaq qərarına gəldim.
Kassaya yaxınlaşanda mağazanın meneceri Yekaterina xanımla kiçik bir dialoqumuz oldu. Dialoqu olduğu kimi yazıram.
Menecer arada danışığı rus dilinə çevirmək istəsədə mənim azərbaycan dilində davam etdiyimi görüb çətində olsa azərbaycanca danışırdı. Görünür dostumuz İlkin Manafovun yazısından sonra ciddi tapşırıqlar olub. Axı “GAP” mağazasıda “Zara” kimi Retail Group Azerbaijan -a aiddir. Bu arada həmin qrupun telefon nömrəsi nə mağazalarında, nə facebook səhifələrində nədə ki rəsmi veb səhifələrində qeyd olunmayıb.
Mağazadan uzaqlaşdım. Belə bir hüququmun olub olmamasını tam aydınlaşdırmaq üçün “Azad İstehlakçılar Birliyinə” və “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” ilə əlaqə saxlayıb yaranmış problemi aydınlaşdırdım. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununun” 15-ci maddəsinin 2-ci bəndi bu hal üçün nəzərdə tutulub. Beləki, istehlakçı malın dəyişdirilmə anında uyğun mal yoxdursa, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.
Mağazanın daxilində və çekin üzərində “Alınan mallar geri qaytarılmır” yazısı heç də mağazanın məhsulu qaytarmama hüququ vermir! Ya mağaza idarəçiləri öz qaydalarını Azərbaycan Respubliksının qanunlarından üstün hesab edir, yada mağazanın meneceri Yekaterina xanımın dediyi kimi “onları yaxşı tanıyırlar”. Hər bir halda qanun daha alidir.
Müəllif: Vaqif Abbasov
Mənbə: http://vaqif.net