Məşhur amerikalı pop-star Ledi Qaqanın Bakı Birinci Avropa Oyunlarının açılış mərasimindəki çıxışına görə nə qədər qonorar aldığı məlum olub.
Biznesinfonun məlumatına görə "Marja" eurosport.com-a istinadən xəbər verir ki, Ledi Qaqanın Bakıdakı cəmi 10 dəqiqəliş çıxışa görə 2 milyon dollar qonorar alıb. Bildirilir ki, neft gəlirləri sayəsində Şərqi Avropanın ən varlı paytaxtlarından biri olan Bakıdakı çıxışına görə aldığı qonorar hətta Pol Makkartninin London-2012 Yay Olimpiadasının açılışındakı çıxışına görə aldığı qonorardan çoxdur. Pol Makkartni həmin çıxışa görə 1 milyon funt-sterlinq (1.6 milyon dollar) almışdı.
Xatırladılır ki, təşkilatçılar Ledi Qaqanın çıxışına gözlənilməzlik elementi qatmaq üçün onu bir neçə gün Bakıda qaldığı oteldə gizlədiblər. Müğənnidən xahiş olunub ki, oteldən çıxmasın və onun açılışda çıxışı son günə qədər gizl saxlanılıb. Ekstravant pop-ulduz açılış mərasimində güllərlə örtülmüş royalın arxasında oturub və Con Lennonun repertuarından “İmagine” mahnısını ifa edib.
Mənbə: http://www.biznesinfo.az