Apple'in UNO'ya bənzər kampının 4K videosu yayımlanıb!

Apple'in UNO'ya bənzər kampının 4K videosu yayımlanıb!
2647

Apple 12 min işçisi üçün yeni kamp proyekti üzərində işləyir. Sadəcə dizaynı üçün 100lərlə memar və mühəndisdən ibarət komanda tərəfindən hazırlanan UNO-ya bənzəyən bu tikilinin gələn il tamamlanaraq fəaliyyətə başlaması gözlənilir. 

Steve Jobs'un sağ olduğu vaxt startını götürdüyü bu proyektlə bağlı bir çox video yayımlanıb. Amma onların heç biri 4K keyfiyyətdə deyildi. Drone ilə havadan çəkilən və bütün detalların göründüyü bu möhtəşəm videonu isə artıq bir çox insan izləyib. Apple'ın yeni kampının içində hər şey olacaq. İnsanların oradan çıxmadan yaşaya bilməsi üçün hər şeyi edən Apple burada öz sistemi quraraq yeni dövr başlatmaq istəyir.

Mənbə: http://technote.az/