Kompüteriniz siz bu xəbərə daxil olmağa çalışarkən belə donur? Ləng işləyir? O zaman aşağıdaki üsullar sizə kömək edə bilər.
1. Dədə-baba üsulu: Söndürüb yandırmaq
Kompüter donub? Söndürüb yandırın. Bu üsul həmişə effektivdir. Çünki kompüteri söndürüb yenidən yandırdıqda bütün əməliyyatları bağlanır və hər şeyə yenidən başlanır, bu da sizə rahat işləmək imkanı verir. Amma burada diqqət etməli olduğunuz kiçik bir məqam var. Kompüteri söndürməzdən əvvəl task manager-ə daxil olaraq kompüter yanarkən avtomatik açılan proqramları deaktiv etməlisiniz. Bunun üçün shift+ctrl+delete kombinasiyasından istifadə edə bilərsiniz.
2. Brauzerin keçmişini təmizləyin
Brauzerlə girdiyiniz hər sayt kompüterinizin yaddaşında saxlanılır. Bu saxlanılan fayllar çox kiçik həcmli olsalar da brauzerinizdə problemə yol aça bilərlər. Bu səbəbdən xrom istifadə edirsinizsə Ctrl+H kombinasiyasından istifadə edərək Tarixcə bölməsinə daxil olub "bütün tarixcəni sil" keçidinə klikləyərək brauzerinizi sürətləndirə bilərsiniz. Digər bir brauzerdən istifadə edirsinizsə sağ üst bölmədəki ayarlar hissəsindən tarixcə bölməsinə keçid edə bilərsiniz.
3. Antivirus proqramlarından istifadə edin
Sözsüz ki, kompüterdə ciddi bir problem və ya mütəmadi gecikmə yaranarkən ağıla gələn ilk şey viruslardır. Viruslardan xilas olmağın yolu isə anti-viruslardır. Anti-viruslardan istifadə edərkən həmişə tam axtarış rejimndən istifadə edin. Belə olan halda proqram kompüterinizi dərinliklərinə qədər yoxlayaraq sizə tam doğru cavabı verəcək.
4. Problem yaradan proqramları yenidən yükləyin
Kompüterdə istifadə edilən proqramlar hamısı eyni sistem üzərində çalışdıqları üçün bəzən bir-birlərinə problem yarada bəzənsə daxili problemlər səbəbilə yararsız hala düşə bilirlər. Bu səbəbdən sadə üsulla həmin proqramları uninstall edin və sonra yenidən yazın. Yenidən yüklənmiş proqram artıq problem yaratmayacaq.
Mənbə: http://technote.az/