Rəqəmlərin ardıcıllığına məntiqi olaraq yanaşsaq 0123… şəklində olmalıykən, niyə 12...7890 şəklindədir?
Aranızda bununla maraqlanan olubmu, bilmirəm, amma əminəm ki, bir çox insan klaviaturanın üst hissəsində yer alan rəqəmlərdən 0’ın niyə 1’in yanında deyil, 9'un sağında olduğunu düşünmüşdür. Əslində məntiqi olaraq da bu şəkildə olması lazımdır. Bunun səbəbi isə yazı cihazlarının tarixində gizlidir.
Köhnə yazı cihazlarında rəqəmlər 2’dən başlayıb 9’a qədər davam edirdi. Yəni nə 0, nə də 1 rəqəmi var idi. Bu rəqəmlər isə böyük ‘o’ və kiçik ‘L’ (l) olaraq yazılırdı. Gününüzdə o və l hərfləri görüntü olaraq 0 və 1’dən fərqli görünürdü, amma o zamanlar ikisi arasında elə də böyük fərq yox idi. Beləliklə də, yazı cihazları üzərində əlavə yer tutmasın deyə o düymələrdən istifadə olunmurdu.
Yavaş-yavaş bu rəqəmlər də əlavə olundu. İşə əvvəlcə 0 rəqəmini əlavə etməklə başladılar. Bunun səbəbi isə texnologiyanın inkişafı və istehlakın artması səbəbindən 0 rəqəmi yerinə O hərfini istifadə etmənin lazımlığı azaltması idi. Buna səbəb olan hadisə isə, O hərfini yazmaq üçün yazı cihazında eyni zamanda Shift düyməsinə də basmaq lazım idi. Saniyədən daha az vaxt itkisi üçün O hərfi yerinə 9’un sağ tərəfinə 0 rəqəmi əlavə olunur. 2’nin yanına əlavə olunmamasının səbəbi isə rəqəmlərin 0234 şəklində başlamasının qəribə olacağı idi.
Klaviaturadakı rəqəmlərə daha sonra 1 əlavə olunub. 0 rəqəmində yaşanan səbəblərdən dolayı əlavə olunan 1, təbii ki, 2’nin solunda olmalı idi. Aradan keçən zaman ərzində isə insanlar 0’ın klaviaturadakı yerinə alışıblar və onu 1’in soluna əlavə etməyi lazım bilməyiblər.
Bəli, rəqəmlərin belə maraqlı tarixçəsi var :)
Mənbə: http://technote.az/