Bugün sürətlə inkişaf edən dünyamızda kiçik biznes sahələri çox sürətlə artır. Təbii ki, bu təlabatdan doğan zərurətdir. Bildiyimiz kimi ABŞ-da kiçik sahibkarlığı qorumaq, dəstək vermək və nəzarətdə saxlamaq üçün 38 milyon üzvü olan Kiçik Biznes Administrasiyası fəaliyyət göstərir (SBA). Onların son 6 ildə apardığı araşdırmalar nəticəsində 16 sürpriz statistik rəqəm və faktlar müəyyən edilmişdir.
- KBA 500 nəfərdən az olan kiçik biznes sahələrini müəyyən etmişdir.
- ABŞ-da 28 milyon kiçik biznes sahəsi vardır ki, onun 22 milyonu əlavə əmək haqqı cədvəli və ya işçisi olmayanlardır. Onlara işə götürənləri olmayanlar deyirlər (ing.nonemployers).
- Əmək qabiliyyətli əhalinin 50%-i (120 milyon nəfər) kiçik biznes sahəsində çalışır.
- Kiçik biznes 1995-ci ildən bəri yaranmış yeni iş yerləri şəbəkəsinin 65%-ni təşkil edir.
- Təxminən hər ay 543.000 yeni biznes fəaliyyətə başlayır.
- 10 yeni işə götürən firmaların 7-si ən azı 2 il, yarısı 5 il, 3-ü ən azı 10 il, ¼-i və ya bir az artığı isə 15 il fəaliyyət göstərə bilir.
- Kiçik bizneslərin 52%-i ev şəraitinə fəaliyyət göstərir.
- 2011-ci ildə 22.5 mln işə götürənləri olmayan firmalar vardı (nonemployers).
- İşə götürənləri olmayan firmalar (nonemployer) biznes kimi təsnif etmək üçün $ 1,000 və ya daha çox illik gəlir daxilolmaları və federal gəlir vergisinə tabe olmalıdır.
- ABŞ-ın bütün biznes sahələrinin təxminən 75%-i "nonemployer" biznes sahələridir.
- Onların 19.4 mln-u yeganə sahibkarlar, 1.6 mln-u müştərək firmalar, 1.4 mln-u isə korparasiyalardır.
- 2011-ci ildən ən çox sürətlə artan sərbəst biznes sahələrinə avto-təmir mağazaları, gözəllik salonları və quru təmizləmə daxil oldu.
- İşçiləri olmayan kiçik biznesmenlərin 2011-ci il üçün cəmi gəlirləri 989,6 mlrd dollar təşkil etmişdi ki, bu da 2010-cu ildən 4,1% çoxdur.
- Onların orta gəlirləri 40.000 dollar təşkil edir.
- Lakin 80% civarında (yəni 18 mln kiçik biznesmen) 2011-ci ildə orta illik gəlirlərini 50000 dollardan artıq olduğunu göstərmişlər.