Kollektivdə mübahisəni aradan qaldırmağın yolları

Kollektivdə mübahisəni aradan qaldırmağın yolları
2335

Məlum olduğu kimi, əsəb hüceyrələri bərpa olunmur. Bu gün biz iş yerində əsəblərimizi qorumağın yolları barədə danışacağıq. Uğurlu biznesin əsası kollektivdə yaranmış münasibətlərdən irəli gəlir. Həyatda mehriban kollektivə az rast gəlinir – müxtəlif xasiyyətli insanlar günün 8 saatı olsa belə bir - biri ilə heç də hər zaman yola gedə bilmirlər. Burada rəhbərin əsas vəzifəsi ayrı-ayrı insanları vahid bir məqsəd üçün birləşdirməkdən ibarətdir. Ekspertlər bunun yolları barədə məsləhətlər verir.

Kollektivin 2 fərdi arasında olsa belə mübahisə zamanı, qeyri-səmimi atmosfer hər kəsə öz təsirini göstərir – qeybət, müzakirə, “sancmalar”, incikliklər meydana çıxır. Bu mərhələdə vacib olan konfliktin mənbəyini aşkarlayıb onun qarşısını almağa çalışmaqdır.

1.Dialoq
Bir qayda olaraq, mübahisə ocağında ən azı 2-3 şəxs olur. Mübahisəyə səbəb isə, pis əhaval, həyat problemləri və konkret bir insana olan kini qar topası kimi özündə toplayan ən xırda bir şey ola bilər. Əsas - bu qar çığını vaxtında durdurmaqdır. Bəs bunu necə etmək olar? Mübahisə edən şəxslər arasında problemi müzakirə edib, kompromisə gələcəkləri danışıqlar təşkil etmək lazımdır. Rəhbər şəxs qətiyyən mübahisə edən şəxslərdən hər hansı birinin tərəfini tutmamalıdır. Onun buradakı rolu danışıgın (söhbətin) növbəti xoşagəlməz hala çevrilməsinin qarşısını alan moderatordan ibarətdir. Bu halda problemin 2 həll yolu var.

Əgər əməkdaşlar hələ də bir-birinə qarşı əvvəlki kimi kinlidirlərsə (az da olsa), bu zaman onların funksional vəzifələrini ayırmaqla həmin şəxsləri ayrı kabinetlərdə yerləşdirmək lazımdır. Bu, onların münasibətlərinin zamanla düzəlməsinə imkan yaradacaq. Müsbət yöndə gedişatda isə əksinə, mübahisə etmiş şəxslərə ümumi vəzifə verərək onları yaxınlaşdırmağa çalışmaq lazımdır. Axı birgə fəaliyyət sosializasiya yönündə ən yaxşı vasitədir.

2. Münasibətlərin möhkəmlənməsi
Kollektivdə hər şey qaydasında olsa belə, vaxtaşırı mübahisə çıxmaması yönündə tədbirlər görmək lazımdır. Xüsusən də bu, mənfi auraya görə komanda ruhu aşağı olan kollektivlərdə daha yaxşı olardı. İş rejimindən uzaqlaşan kolleqalar daha fərqli aspektdən baxaraq, bir-birində abstrakt “əməkdaşlar” deyil şəxsiyyətlər görə biləcəklər. Belə tədbirlərdə hər hansı bir interaktivin tətbiq olunması da faydalı ola bilər. Belə halda, hər 1 kəs qruplara ayrılmadan maksimal sayda kolleqlarla ünsiyyət qura biləcək.

Bu cür ünsiyyətin effektivliyini artırmaq üçün əməkdaşlara özlərini ifadə edə bilmələri üçün kömək etmək lazımdır. Bəlkə də sizin masadan sonrakı masada əyləşən insanla xobbiniz eynidir, ancaq bu sizin ağlınıza belə gəlmir (bunu heç təxmin belə etmirsiniz). Belə sadə üsul iş yerində sizi əhatə edən insanlar barədə fikrinizi tamamilə dəyişməyə imkan verir.

3. Ümumi düşmən
Nə qədər qəribə olsa da, düşmənin mövcudluğu kollektivin birlik olmasına kömək edə bilər. Əsas odur ki, bu düşmən adlandırdığımız şəxs işçi fərdlərdən biri deyil, kənar faktor olsun. Rəqabət aparan şirkəti ötüb keçmə (geridə qoyma) istəyi həvəsləndirici amil ola bilər, bununla da kollektivin birlik olmasına əsas yarada bilər.

Bundan başqa, şirkətdə bütün əməkdaşların birgə səyi nəticəsində əldə edilə biləcək əsas effektivlik göstəricisi olmalıdır. Diqqətlərini yalnız bir məqsədə nail olmaq yönündə cəmlədikdə onlar daha münasibətləri aydınlaşdırmaq kimi xırdaçılıqlarla məşğul olmayacaqlar.

Müəllif: Lev Şevçenko