İş həyatında uğur qazanmanın 10 sirri

İş həyatında uğur qazanmanın 10 sirri
667

İş həyatında yüz minlərlə işçi vardır. Ama onlardan yalnız bir qismi iş həyatında böyük addımlar ata bilir. Hər şey əslində nə istədiyimizi bilməyimizlə başlayır. Bu zaman o istəklər doğrultusunda qarşımıza hədəflər qoyuruq və qısa zamanda onlara çatmağa çalışırıq. Karyeradada tez bir zamanda iz qoymaq üçün, yüksəklərə qalxmaq üçün bəzi lazımlı məlumatları bilmək lazımdır.

  • Vaxtında qərar verməyi bacarmaq, hisslərə qapılmamaq, məsuliyyətli olmaq.
  • İşi seçərkən kollektiv və idarə heyyəti ilə yaxşı yola gedib getməyəcəyini bilmək.
  • İş yerində bacarıqların hamısını göz qabağında sərgiləmək. Bu sizin pillələri rahatlıqla aşmağınıza ən böyük dəstəklərdən olacaq.
  • İş yerindən kənardada bilik və bacarığı artırmağa çalışmaq gərəklidir.
  • Uzun müddəti öncədən düşünməyi bacarmaq, işlərin düzgen şəkildə planlaşdırılması.
  • Daima iş stolunuzun siyirtməsində 2 səhifəlik xüsusi diqqətlə düzəldilmiş CV -niz olmalıdır.
  • Sosial əlaqələri gücləndirmək, ünsiyyətcil olmaq, lazımlı konfranslarda, toplantılarda mütləq iştirak etmək.
  • Başqa iş yerlərindəki eyni işi görən insanlarla əlaqələrin olması, görüşlərin keçirilməsi.
  • Bir iş yerinə, iş həyatımı burda qurtaracağam gözü ilə baxmamamq. Bir neçə iş sektorunda təcrübənin olması.
  • Şirkət içərisində nə iş olursa olsun sona qədər tamamlamaq, və deyinməmək.

İş həyatınızda sizlərə uğurlar arzulayıram.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/