İqtisadi kriz növləri və ya əlamətləri

Bilənlər əlbət bilir, bilməyənlər üçün içində bulunduğumuz gedişatların fərqində olmamız üçün bu bloq yazımda çox qısa olaraq iqtisadi kriz növləri və ya əlamətlərindən qısaca bəhs etmək istəyirəm:

İnflyasiya (Inflation): Bu hamının bildiyi kimi, qiymətlər səviyyəsinin daim yüksəlməsi deməkdir… Bir dəfəlik artımlar inflyasiyaya aid edilmir, davamlı olarsa artıq inflyasiyaya aid edilir. Eyni zamanda bir və ya bir neçə malın da qiymət artımı inflyasiya deyil… Ümumi istehlak mallarının qiymət artımı inflyasiya sayılır… İki cür meydana çıxır: Tələb və Maliyyət inflyasiyası. Tələb inflyasiyası yüksək tələbin mövcudluğu və daim artması halında təklifin bu tələbi qarşılya bilməməsi durumunda ortaya çıxır. Maliyyət inflyasiyası isə, istehsal olunacaq malların xammal və istehsal üçün lazımi digər mal və materialların qiymətlərindəki davamlı yüksəlmə ilə yaranır. İnflyasiya ilə mübarizə haqqında yazmıram çünki məncə aşağıda olandan daha çox bilinən bir mövzudur…

Deflasiya (Deflation) : Deflasiya qiymətlər ümumi səviyyəsinin geriləməsi, düşməsidir. İnflyasiyada olduğu kimi burada da bir və ya bir neçə məhsulun qiymətindəki düşmə deyil, ümumi olaraq qiymətlərdəki düşmə önəmlidir. Eyni zamanda bu düşmə sadəcə 1 dəfə deyil, davamlı düşmə göstərməsidir. Əslində ilk baxışdan müsbət təsəvvür yaratsa da bu əlamət inflyasiyadan daha təhlükəlidir. Belə ki, qiymətlərin daimi düşməsi istahsal vahidlərinin fəaliyyətlərinə mənfi təsir edir, istahsaldan çəkindirir, istahsal azaldığı zaman isə ölkədə ÜDM azalma göstərir, şirkətlər qazanmadığı təqdirdə ixtisarlar da başlayır…

Eyni zamanda qiymətlərdəki davamlı düşmə pulun-milli valyutanın satınalma dəyərini artırır. Effektiv istehsal politikaları olmadığı təqdirdə ekonomini canlandırmaq üçün sadəcə istehlakçı kreditləri ilə tələbin artırılması isə daha çox istehlak cəmiyyətinin ortaya çıxmasına səbəb olur. İstehlakın isə yerli istehsalın yetərli olmadığını nəzərə alsaq daha çox idxal ilə qarşılanması durumlarını ortaya çıxarır. Real ekonomik dəyərlər yaradılmır… Yəqin ki bu durum hər kəsə tanış gəlir…

Resessiya (Recession): Resessiya ekonominin kiçilməsi əlamətidir. Ekonominin artımı və azalması ÜDM ilə ölçüldüyü üçün real vəziyyət ÜDM-nin azalması ilə izah olunur. 2013-cü ildə ÜDM-də artım 5.8%, 2014-cü ildə 2.8% olduğu, 2015-ci il isə ÜDM-dəki artımın art1q 1% olduğu yəni gerilədiyi söylənir. Resessiya əlaməti bir maliyyə ilində iki rübün nəticələrində geriləmə olması ilə təyin edilir. Bu qısa dönəmi əhatə edir, və ədatən “V” ilə göstərilir… Qısa dönəmli azalış və artımlar sirkulyasiyası isə “W” ilə nişanələnir… Ancaq artıq gördüyünüz kimi 2013-dən indiyəcən ÜDM artımındakı azalışlar uzunmüddətli resessiya içində olduğumuzun göstərgəsidir. Bu cür resessiya “U” ilə göstərilir…“U” nun isə nə qədər enli və ensiz olduğu yani resessiyanın uzunluğu-daimiliyi ilə əlaqədardır…

Stagflasiya (Stagflation): Gəlirik indi daha çətin iqtisadi kriz növlərinə… Stagflasiya iqtisadiyyatda inflyasiya ilə bərabər iqtisadi durğunluğun yaşanması əlamətidir… Yəni qiymətlər ümumi olaraq artır, ÜDM-də isə artımın olmadığı haldır… Buna durğunluq halında inflyasiya adı da verilir… Zənnimcə artıq bunun əlamətlərini hiss edirik… Bu iqtisadi krizlərin ən çətin növlərindən biridir. Əgər heç olmasa ekonomidə ciddi artım olsaydı inflyasiyanın azaldılması tədbirləri işə yarayardı və beləcə krizdən daha asan çıxılardı… Stagflasiya zamanı ya iqtisadi canlanma əsas tədbir kimi ələ alınmalı ki bu yanında inflyasiya gətirir… ya da inflyasiya ilə mücadələ aparıldığı zaman isə iqtisadi canlanma arxa plana çəkilir, durğunluq davam edir…

Depressiya (Depression): Bu əlamət də ekonominin -iqtisadi fəaliyyətlərin resessiyadan daha uzun müddətdə geriləməsini ifadə edir… Resessiya yuxarıda dediyimiz kimi bir neçə rübü və ya 1-2 illik nəticə ilə xarakterize olunursa, depressiya bir neçə illik, vəya 5-10 illik uzun müddətliliyi ilə resessiyadan fərqləndirilir...(Allah qorusun)

Slumpflasiya (Slumpflation): Bunu da Allah göstərməsin… Slumpflasiya əslində resessiyanı və stagflasiyanı özündə birləşdirən və ekonomik krizlərin ən qorxulusu olanıdır… Slumplasiyada eyni zamanda həm iqtisadi geriləmə yaşanır getdikçə ÜDM-nin artımının deyil ha özünün davamlı azalması- artımın olmaması, işsizlik və eyni zamanda inflyasiyanın meydan oxuduğu durumdur… İnflyasiya içində ekonominin kiçilməsini, geriləməsini durdurmaq sonra isə artıma keçirmək çox çətin məsələ olduğu üçün slumpflasiyaya getmədən heç olmasa stagflasyondan bu geriləməni durdurmaq lazımdır… Hazırda resessiya və inflyasiya yaşandığı üçün mən ancaq stagflasiya (1%lik artım yaşansa da) kimi xarakterizə edə bilərəm durumumuzu…

Slumpflasiyaya keçmədən ekonomik tədbirlər görülməli… struktural dəyişikliklər edilərək, məqsədli istehsal və ixracyönümlü iqtisadi fəaliyyətlərə yönləndirmələr və canlandırma fəaliyyətləri aparılmalıdır… (Tədbirlər haqqında daha geniş başqa yazıda…) və bu da ancaq BEYİNLƏRİN DƏYİŞMƏSİ ilə olar…!!!

Müəllif: Cəbrayıl Vəliyev

Mənbə: http://jabrayilvaliyev.com/