Hər şey ölçülə bilmir və əsaslandırıla bilmir. Bunu qəbul edir hamı. Bu ilkin şərtin işığında Marketinq menecerlər intuisiyalarından irəli gələrək nəsə marketinq aktivliyinə qərar verə bilərlərmi? Yoxsa intuisiyadan irəli gəlib qərar vermək yalnız şirkət rəhbərliyinə aid məsələdir? Marketinq şöbəsinin ekspertizasına güvənən rəhbərlik bəlkə intuitiv əsaslı qərar verməyi də marketerlərə həvalə etməlidir? Çünki normalda marketinqi marketerlər rəhbərdən daha yaxşı hiss etməlidir. Belə olanda bəlkə intuitiv yanaşma meydanı da daha geniş olmalıdır marketerlərdə?
Mövqeyim odur ki, marketer peşəkardırsa, bəzi hallarda intuitiv qərarverməyə də meydan verməlisən.Bu olmadığı sürəcdə marketoloqlar geydirmə, saxta “əsaslandırmalara” üz tuturlar. Məsələn, müştəri sayı, satış məbləği və s.Təbii ki, əksər hallarda çalışmalısan ki, hər addımın effektivliyi əsaslandırılsın. Amma bunun hər zaman mümkün olmadığını hamı qəbul edir axı..
Rəhbər marketerə güvənirsə, tam olmaldır bu. Marketerin marketinqə aid intuitiv nəticələrinə (intuisiyadan irəli gələrək gəldiyi nəticələrə) güvənməlidir. Bu o demək deyil ki, bütün hallarda razılaşmalıdır. Qətiyyən. Yanaşmadan gedir söhbət.
Müəllif: Anar Bayramov
Mənbə: http://anarbayramov.com