İnternetdə biznes haqqında

Bugün yaxın və köhnə dostumuzla söhbət edirdim. Çoxtandı görüşmürdüm Çingizlə (səmimi deyim Çingiz Məmmədov mənim sözün əsl mənasında öyrəndiyim və biliyinə qibtə etdiyim dostlarımızdandır) və söhbət internetdən, onlayn biznesdən düşdü. Dostumuzun sahəsi qisməndə olsa buna uyğun olduğu üçün. Çingizlə söhbətdən sonra Sizlərə bir neçə vacib hesab etdiyim fikirləri bölüşmək istəyirəm. Beləliklə internetdə biznes barədə…Azərbaycanda böhranın hələ ilk günləri başlayanda yazmışdıq ki, internet biznes qurmaq üçün əsl vaxtıdır. Bunun bir neçə səbəbləri var edi… daha konkret desək internet biznes açmaq üçün bugün bazarın ən əlverişli vaxtıdır:

  • Ölkədə münasib qiymətli məhsul almaq anlayışı dahada böyüyəcək. Səbəb budur ki, əhalinin gəlirləri azalır və təbii olaraq internetdən ucuz qiymətə nesə almaq marağı artır;
  • Böhran iqtisadi konyuktura və bazara təsir edir. Sizi əmin edirəm ki, bugün biznesdə aktivlik, yenilik edənlər 2017-ci ildə çox ciddi üstünlüklər qazanacaqlar (pullar qazanacaqlar);
  • Ölkədə sahibkar üçün böhransız illərlə müqayisədə daha yumşaq şərtlər var. Bugün sahibkarlar “küsmüş uşaq” kimidir, heç kim incitmək istəmir. İnternet biznes isə intelktual olduğundan daha ürəkli hərəkət edə bilir və s.

Hesab edirəm ki, internetdə biznes qurmaq üçün ilk növbəti Rusiya və Türkiyyə kimi ölkələrin uğurlu internet layihələrini ciddi-ciddi təhlil etmək vacibdir. Nə Türkiyyədə daha uğurlu oldu, nələri ruslar edib milyonçu oldu və s. Yox bu heçdə o demək deyil ki, Azərbaycan bazarı Türkiyyə (Rusiya) kimidir, sadəcə biz bu ölkələrində ideya oğurlaya bilərik. Bu ideyanı bençmarkinq edib, azərbaycanlaşdırıb yenilik və gəlirli biznes qurmaq olar.

Qətiyyən, yeni ideya yaratmaq istəyi doğru deyil… inanın mənə tam yeni bir şey etməyin, bazar Sizi cəzalandırar. Bunu Sizə, həm marketinqdə nesə bilən, az-çoxda real biznesdə olmuş biri kimi deyirəm. Azərbaycan bazarında tam yenilik etmək olmaz, çünki bizim bazar yan təsirlərdən tez təsirlənir. Biz sadəcə özümüzdən “böyük” qonşularımızı düzgün və sistemli izləməliyik. Məncə.

İnternet biznes yalnız nəyinsə alışı-satışı deyil, sadəcə internetdə qurulan biznesin dəqiq və sistemli pul qazanmaq planı olmalıdır. Belə görünür ki, bu ilk vaxtlarda xidmətdə ola bilər. İnternet biznes Azərbaycanda bəlkədə nesə xidmət anlayışı təklif edə bilər, məsələn “getir“, “yemek sepeti” və ya Rusiyada Gett Taxi kimi çox saylı uğurlu internet bizneslər.

Burda bir məqamda vacibdir ki, internetdə açılan biznesləri – startup adını vermək sahibkarı səhv istiqamətə yönləndirir. Düzdür Startup hansısa bir yeni biznesə demək olsada, bizdə bu sözü daha çox internetdə qurulan və satılması düşünülən bir layihə kimi baxırlar – bu doğru deyil. Məsələn, biznes qurulmadan və ya ümumi olaraq mənfəətli olmadan onun satışı barədə düşünmələr başlayır. Bu əlbəttə, biznesı doğmadan məhv edir. Unutmaq olmaz ki, hər bir şey məhz faydalı olduğu zaman satıla-alına bilər. Satmaq üçün tikilən ev, qurulan biznes və ya digər bir şey uğurlu ola bilməz.

 Yadıma düşür, bugünlərdə İdeal şirkətinin press-konfrasında jurnalistlərdən biri şirkətin sahibinə “Siz niyə İDEAL-ı tənqid edən jurnalistə belə sərt reaksiya verdiniz?” suallını verdi. İlqar müəllim: “İdeal mənim uşağım kimidir, mən necə ədalətsiz və haqsız tənqidi sakit qarşılaya bilərəm?!” cavabını verdi. Super cavabdır. Eləcədə internetdə belədir, düşünün ki, Siz uşaq böyüdürsüz və bilirsiniz ki, Siz bu uşağı satacaqsınız, bu uşaq necə olar!?. Biznes satılmaq üçün qurulmur.

İnternetdə biznesi kimlər qura bilər!? İnanın mənə sahibkar “jilka”sı olan hamı. Heç bir şəkildə buna internet bilikləri və ya nə bilim icra başçısının (oxu nazirin) oğlu olmaq deyil, sadəcə istəmək və tənbəl olmamaq lazımdır.

Qətiyyən bunun üçün “wordpress” nə bilim digər internet terminlər lazım deyil… heç “SEO” ilə “CEO” fərqini bilməkdə lazım deyil, inanırsız, sadəcə risk etmək, qorxmamaq və karvan yolda düzələr prinsipi şərtdir. Birdə çox vacib… çalışın bildiyiniz sahədə biznes qurun!

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/