İnternet reklam

Reklamın tərifini bir məhsulun tanıdılması üçün olan hərəkətlər bütünü olaraq qeyd edə bilərik. Dövrümüzdə reklamların bir çox növləri (TV, radio, bilboard, internet və s.) vardır. Hal-hazırda internet reklamları digər reklam növlərinə nisbətən daha ucuza başa gəlir və digərləri ilə rəqabətdə kifayət qədər güclü yer tutur.

İnternetdə reklam vermək üçün də fərqli yollar mövcuddur. Bunlardan sizə ən çox faydalı ola biləcək növlər – Facebook və Google reklam sistemləridir. Arasından hansının sizə daha çox faydalı ola biləcəyi artq sizin hədəf kütləniz və biznes fəaliyyətinizdən asılıdır.

İnternet reklamlarının avantajları olaraq aşağıdakıları qeyd edə bilərəm:

  • İnteraktiv
  • Fərdə yönəlmiş
  • Ölçülə bilən
  • Ekonomik
  • Elastik
  • Dəqiq və sürətli həll
  • Hər an daha da böyük kütləyə çıxış imkanı

İnteraktiv olmaq auditoriyanızın sizə yerindəcə reaksiya verməyinə şərait yaradır. Eyni zamanda reklamınızın təsiridə reklam başladığı andan etibarən bilinir. Bu auditoriyanın sizinlə bağlı əlavə məlumat toplamasına da şərait yaradır. Müştərinin sizinlə əlaqəyə keçməsi onlarla aranızda olan dialoqlarınızı inkişaf etdirmənizə yardımçı olacaq. Sonda isə siz real və sizə lazım olan hədəf kütləsini toplamağa yardım edir.

Fərdə yönəlmiş reklamın əsasını doğru hədəf kütləsi təşkil edir. Fərdlərlə əlaqə qurulmağı onların internet profillərinə qədər çata bilməyiniz deməkdir ki, bu da öz-özlüyünd onların həyat şəraitlərini və s. nüansları ölçməyə və izləməyə sizə bilavasitə yardımçı olur.

Ölçülə bilən reklam sizə gerçək zamanlı hesabatları təqdim edir. Hesabatlar sizə reklamın neçə nəfər tərəfindən görüldüyünü, neçə nəfərin reklama maraq göstərməyini və neçə nəfərin bundan sonra sizin saytınızı və s. ziyarət etdiyini təqdim edir.

Ekonomik reklam sırf sizə lazım olan kütləyə çıxışınıza yardımçı olur. Bu eyni zamanda sizin həmin hədəf kütlənizə çox qısa zamanda çatmağınızdır.

Elastik reklam sizin reklamınızda ola biləcək hər hansı dəyişiklikəri yerindəcə edə bilmənizə yardım edir. Eyni zamanda reklam yayımda olduğu vaxt ərzində digər bir sayt tələb edildiyində qısa vaxt kəsiyində keçid edə bilməniz deməkdir.

Çalışın müasir dövr trendlərindən uzaq qalmayın. Uzaq qalmayın ki, sizdə daha az reklam büdcənizlə daha düzgün auditoriyaya çıxa biləsiniz və daha rahat satış edə biləsiniz.

Müəllif: Azər Dünyaminoğlu

Mənbə: https://azaroos.wordpress.com