İnstagram'ın prinsipləri

Amerikada yeniyetmələr arasında trend sosial məcraların 2014-cü ilə kimi olan inkişaf tempi

Marketinq-dəyişən istehlahkçı davranışlarına adaptasiya olma sənətidir. Ən gözəl marketinq gedişi ailədən, dostlardan, sizi izləyən və ya sizə inanan şəxslərdən gəlir. Bunlar influencers adlanır. Markanızın ideal hədəf kütləsinə çatması üçün bu influencers-lərdən istifadə etməyiniz gərəkir. Brendiniz İnstagramda yoxdursa, mütləq var olamlıdır. Bir çox şirkət bu platformadan istifadə edərək öz hekayələrini danışır, şüuraltı istifadəçi təcrübəsini yaradırlar. Öz hekayənizi diqqət mərkəzində saxlamaq üçün 1000 sözdənsə bir şəkil daha yaxşıdır, elə deyilmi?!

General electric və “storytelling”

Məşhur rəsm və video paylaşım platforması olan İnstagram, artıq çox istifadə olunan sosial platformalardan biridir. İnsanlar ümumiyyətlə yaradıcılığa və orijinal ideyalara müsbət cavab verirlər. Buna görə İnstagramı ən kreativ sosial kanal saymaq olar. İnstagram sizin brendinizin dünyaya açılan pəncərəsidir. Yaxın günlərdə dünyanın ən böyük sosial platformalardan biri olan Twitteri arxada qoyan İnstagramın CEO-su ayda ən azı 1 dəfə İnstagram hesablarına girən istifadəçilərin sayının 300 milyonu keçdiyini bildirmişdi. İnstagram, xüsusilə gözəl, orijinal kontentləri sevir. Təsadüf deyil ki, “nofilter” hashtagı ilə 141 milyondan çox post paylaşılıb.

Bəs İnstagramda “engagement”i (paylaşımlarınızın daha çox hədəf kütləyə çatması) artırmaq hansı həmlələrlə özünü doğruldur? Quicksprout-a görə bəzi tövsiyələrə riayət olunduğunda “engagement” ( 182 % ) artır (xülasəsin qeyd edəcəm).

Facebook-a görə 15 qat, Twitter-ə görə 40 qat daha çox istifadəçi “engagement rate”i yaradan İnstagram 18-29 yaş arası internet istifadəçilərinin 37% tərəfindən istifadə edilir. Facebook-da “brend engagement” (paylaşılan postların hədəf kütləyə göstərilmə nisbəti) 0.10 % olduğu halda, İnstagram-da bu 1.53% təşkil edir. İnstagram bəllidir ki, şəkillərin gücündən faydalanır. Amma, Embawood-un 4-5 şəkli bir kvadratda yerləşdirmələri heç də peşəkar deyil. Bu rəsmlərin mobile-dən baxılacağını düşündükdə… Bullshit ))

Müştərilərin 67%-i e-ticarət saytlarında olan məhsullar haqda məlumat, izahat, müzakirələrdən daha çox keyfiyyəli məhsul şəkillərinin daha vacib olduğunu deyir. Vizual paylaşımlar sadəcə mətndən ibarət paylaşımlara görə Linkedİn-dən 98%, Google + dan 94%, Facebook-dan 73%, Twitter-dən isə 35% daha çox “engagement” alır. Həqiqət odur ki, şəkillər İnstagram-ın uğurunun sirridir.

Socialbakers-in məlumatına görə 2015 Fevral-May ayları arasında ən çox engagement alan 25 brendin İnstagram və Twitter “engagement”i qrafikdəki şəkildədir.

İnstagram-da uğurlu olmağınıza səbəb olacaq bir neçə maraqlı statistika:

  • İnsan üzü tərkibli şəkillər 38% daha çox bəyəni gətirir.Açıq rənglərin üstün olduğu rəsmlər, tünd olduğu rəsmlərə nisbətən 24 % dah çox “engagement” gətirir.
  • Ən çox “engagement” bazar günü olur.
  • 5 və ya daha az hashtag istifadə olunan rəsmlər 20 % daha çox təsir getirir.

Fotograflar videolara görə 2.5 dəfə çox hədəf kütləyə yayılmasına səbəb olur. Düzdür, İnstagram-da videonun uzunluğu, uzunluğu 7 saniyə olan Vine-dan 2 dəfə çox olmağına baxmayaraq bu platformada video kontent 2-ci dərəcəli vasitədir.

Son olaraq qeyd edim ki, influencer (müəyyən auditoriya tərəfindən rəğbət görən şəxslər və ya brendinizin sadiq müştəriləri) və məşhur Instagrammerlərdən faydalana bilərsiniz. Sizin markanızı istifadə edən sosial mediada da nüfuz sahibi birini tag etməklə hədəf kütlənizə asanlıqla təsir edə bilərsiniz. Louis Vuitton-dan bir nümunəyə baxaq…

Siz hələ də digital agentliyinizi seçməmisiniz?

Müəllif: Müşfiq Şirəliyev

Mənbə: https://mushfiqshirali.wordpress.com