2013-cü ildən populyarlaşmağa başlayan “Influencer Marketing”, 2015-ci ildə böyük səs küy yaratdı. Bir çoxları başa düşdü ki, sosial mediada nüfuzlu şəxslərin paylaşımları və rəylərinin təsir gücü çox böyükdür və bazarda məhsul və xidmətlərin əldə olunmasında mühüm yer tutur. Corn Inc. şirkəti tərəfindən aparılan araşdırmalara görə 85% istehlakçı satınalma qərarlarını məhsul haqqında olan şərh və rəylərə görə verir. Belə olduğu təqdirdə internetdə brendlər haqqında olan müxtəlif məzmunlar və rəylər satışlara birbaşa təsir edə bilir.
Xaricdə aparılan sorğulara əsasən trend sayılan Influencer Marketing üsulundan marketoloqların 75%-i müxtəlif formalarda istifadə edir. 2015-ci ildə marketinq və kommunikasiya mütəxəssislərinin 84%-i strategiyalarına bunu daxil etməyi planlamışdır. Bəs bu qədər vacib olan strategiyaya təlabat hardan meydana gəldi?
İstifadəçi tərəfindən yaradılan məzmunlar
Şirkətlərin ən böyük hədəfləri məhsul və xidmətləri haqqında olan yazılı və vizual (şəkil, video) məlumatların sosial media istifadəçilərinin “xəbər lentinə” (newsfeed) düşməsidir. Bu yalnız iki yolla baş verir. Şirkətlər istifadəçilərin lentinə düşməsi üçün platformalara uyğun olaraq məzmunu reklam (sponsored) etməlidir. Araşdırmalara görə reklam posterlərini brendlər paylaşdıqda və ya məzmunun tam olaraq reklam olduğu bilinəndə 68% insanın ona marağı çox az olur və məhəl qoymur. Belə təqdirdə effektlik çox aşağı düşür.
Xəbər lentinə düşən məlumatların ikinci yolu dostlarımızın və izlədiklərimizin paylaşdığı məlumatlardır. Hansı ki, biz o məlumatları diqqətlə izləyirik. İstehlakçılar çox vaxt yaxınlarının və izlədikləri nüfuzlu insanların fikirlərinə diqqət ayırırlar. Bu paylaşma trendi şirkətlərdə istifadəçilərin özlərinin hazırladıqları məzmunlarla keçirilən reklam kampaniyalara dəstək etmə ideyasını ortaya çıxartdı. “User-Generated Content (UGC)” adıyla bildiyimiz bu strategiya vasitəsi ilə şirkətlər sosial media kampaniyalarının sürətlə yayılmasını həyata keçirdir.
Influencer Marketinq strategiyasına uyğun olaraq şirkətlər sosial mediada istifadəçilər sizin məhsulu istifadə edərək fikirlərini yazması, bu haqda başlarına gələn maraqlı hekayələr qurması və məhsula uyğun məzmunları hazırlayaraq paylaşmasını təmin edirsiz. Burda əsas məqsəd çoxlu paylaşımlar yaratmaq və eyni zamanda paylaşılanların paylaşılmasına motivasiya verməkdir.
Rəqəmsal marketinqdə sosial media platformalarında məhsul haqqında istifadəçilər tərəfindən çoxlu paylaşımların olmasını təmin edə bilmə, keçirilən reklam kampaniyasının uğurlu olmasının göstəricisidir. Zamanla sosial platformalarda trend olan #hashtaglara nəzər yetirdikdə mütləq ki, onların bir çoxunun qlobal brendlərin başlatdıqları sosial reklam kampaniyalarının nəticəsində ortaya çıxdığını görə bilərik.
Influencer Marketinqdə Qazanılan Media Dəyər
2015-ci ildə Influencer Marketinq proqramlarında xərclənən hər 1$-ın ortalama olaraq Qazanılan Media Dəyəri (Earned Media Value – EMV) 9,60$ olmuşdur. 2014-cü ildə bu rəqəm 6,85$ təşkil etmişdi. Kateqoriyaların içində ilk yeri 14.29$ EMV-si olan CPG (Consumer Packaged Goods) – Qida yer alır.
Influencer Marketing tətbiqi
Augure-nin 2015-ci il hesabatlarına görə Influencer Marketingin effektliyi əsasən marka bilinirliyini artırmaq, satış potensialının yaradılması və müştəri loyallılığını artırmaq istiqamətləri üzrə ölçülür.
Bu istiqamətlər üzrə effektivlik qiymətləndirmələrinə nəzər yetirdikdə Influencer Marketinq starategiyasından istifadə edən marketinq və PR mütəxəssislərinin çoxluğu heç də sürpriz sayılmamalıdır. Təcrübəli marketerlər şübhəsiz ki, bu effektiv üsuldan istifadə edərək büdcələrini artıracaq.
Artıq Azərbaycanda da Influencer Marketing modelindən istifadə edərək kampaniyalar edən şirkətlər var. Ölkəmizdə olan xarici brendlər daha çox bu strategiyadan istifadə etməyə təşəbbüst göstərir. Prosesin içində olduğumdan bu sahəni araşdırır və xarici təcrübələri öyrənirəm. Bu növ kampaniyaların daha çox istifadə olunmasında Influencer marketinq Platformalarının rolu çox böyükdür. Növbət yazımda bu platformalar haqqında geniş məlumat paylaşmağa çalışcam.
Müəllif: Vaqif Abbasov
Mənbə: http://vaqif.net/