Ramazan ayı restoran və kafelərin marketinq aktivlikləri üçün bir fürsətdir. Oruc tutan böyük bir hədəf kütləsini cəlb etmək üçün iaşə müəssisələri “İftar menyu”sunu təklif edib sosial şəbəkələrdə müştərilə ilə kommunikasiya qurmağa çalışırlar. Əslində bu normal bir haldır. Lakin, hansısa bir əlamətdar bayram, hadisə, tədbir, tarix, günə aid marketinq fəaliyyəti keçirəndə, marketinq fəaliyyəti həmin bayramın konsepsiyasına uyğun keçirilməlidir, həmin bayramın dəyərləri nəzərə alınmalıdır.
İftarın konsepsiyası: yoxsulların vəziyyətini dərk etmək, ehsan vermək, yaxın və dostlar ilə bir yerdə iftar etmək və yaxşı münasibətlər qurmaq, yemək və pulda israfçılıq etməmək və s.
Mən bizim yerli kafe və restoranlarının “iftar menyu”larını görəndə, sözün əsl mənasında dəhşətə gəldim. Onlar nəinki iftarın konsepsiyasına uyğun deyil, hətta tamam əks dəyərli təbliğ edirlər.
Mado – 19 AZN
Özsüt – 18-25 AZN
Pizza İnn – 15 AZN
Sultan’s – 25 AZN
Movida – minimum 2 nəfərlik 66 AZN
İtalian Bistro – 2 nəfərlik 65 AZN
Zafferano – 35 AZN
Jumeirah Bilgah Beach Hotel – 45 AZN
Dafne by Dalida – 15 AZNNisbətən normal qiymətlər
Nisbətən normal qiymətlər
Tarihi Sultanahmet Köftecisi – 11-13 AZN
Kolorit – 8 AZN
Vapiano – 9,9 AZN
Papa John’s – 5 AZN
10 AZN-dən aşağı yalnız Kolorit və Papa John’s menyu təklif edirlər. Mado və Özsüt-də adi vaxtlar iki nəfərlik hesab 20 manat çıxır. Ramazan ayında isə onlar bir nəfərlik üçün bu qiymətə menyu təklif edirlər. Həmçinin Siz deyə bilərsiniz ki, Movida, Zafferano, İtalian Bistro bahalı restoranlardır, onlar üçün bu qiymət normaldır. Bəli, adi günlər üçün normal ola bilər. Lakin, əgər kampaniya Ramazan ayına həsr olunursa deməli ona uyğun da olmalıdır. Həqiqi iftar heç vaxt bir nəfər üçün 45 AZN ola bilməz.
Vacib deyilki bütün kafelər iftar versin. Əgər Sizin konsepsiyanız başqadırsa bu səhvləri etməyin. Yoxsa “hamısı edir məndə etməliyəm” fikri ilə bu addımı atmısınız?
Yerli restoran və kafelərin bu marketinq fəaliyyətini mən tam uğursursuz olduduğunu hesab edirəm. Və onlar müsbət obraz yaratmaqdansa öz imiclərini daha aşağı salıblar.
P.S. Mən başa düşə bilmirəm: niyə biznes-lançlarda insanları cəlb etmək üçün kafelər mümkün qədər ucuz qiymət təklif etməyə çalışırlar, Ramazan ayında isə tam əksinə?!
P.S.S. Bu qədər pulu kafelərə verməkdənsə qohum, yaxın, dost və tanışları dəvət edib iftar süfrəsini vermək daha yaxşı bir əməldir.
Allah oruclarınızı qəbul eləsin!
Müəllif: Samir Kərimov
Mənbə: http://samirkarimov.com