İdeyaları reallaşdırmaq üçün 10 qayda

İdeyaları reallaşdırmaq üçün 10 qayda
1012

Rusiyada marketinq üzrə nömrə 1 olan İqor Mannın bu qaydaları Sizə ideyalar ilə düzgün və effektiv işləməyə kömək edəcək.

Qayda #1. Öldürmə. Nə söz, nə sükut nə də ki baxışın ilə digərlərin yaxşı ideyalarını öldürmə.

Qayda #2. Öldürməyə imkan vermə. Öz ideyanı heç kimə öldürməyə imkan vermə.

Qayda #3. Əsnəmə. İdeylar tez gəlir, lakin ondan da tez gedirlər. Məqamı tut – ideyaları qeyd elə.

Qayda #4. Ətrafınıza fikir verin. İdeyalar hər tərəfdən, hətta gözləmədiyiniz yerdən belə gələ bilərlər.

Qayda #5. Oğurla. Digərlərin ideyalarından istifadə etmək normaldır. 3 qeyd:

  • Sizin ideyalarınızı da oğurlaya bilərlər;
  • Həmkarlarınızın ideyalarını mənimsəməyin;
  • İdeya patent və ya kopirayt ilə qorunursa, bunu etməyin.

Qayda #6. Qarışdır. Öz və özgə ideyaları kombinasiya edin. Sizin ideyanız + özgə ideya = Sizin yeni bir ideyanız.

Qayda #7. Bölüş. Bir biriniz ilə ideyalarınızla bölüşün. Bernard Şou deyirdi: «Əgər sizdə alma varsa, məndə də alma var. Əgər biz onları dəyişsək, yenə də hərəmizdə bir alma olur. Əgər sizdə ideya varsa və məndə də ideya olsa və biz onları dəyişsək, onda hərəmizdə iki ideya olacaqdır».

Qayda #8. Dayanma. Heç vaxt ideyaları icad və reallaşdırmağını dayandırma. Dayanma yaradıcılıq ölümünə səbəb olur.

Qayda #9. Reallaşdır. Təkcə ideyanı icad etmək kifayət deyil. İdeyaların kəmiyyəti və keyfiyyəti önəmli deyil. Yaxşı ideyaları yaxşı (!) həyata keçirmək lazımdır.

Qayda #10. Fəxr elə. Öz ideya və nailiyyətlərindən utanma. Yaxşı ideyalar və onların uğurlu reallaşdırması – fəxr etmək üçün bundan yaxşı nə ola bilər?

Bu qaydalar haqqında daha ətraflı və digər maraqlı tövsiyyə və ideyalar haqqında Siz “Игорь Манн – Номер 1“ kitabından oxuya bilərsiniz.

Mənbə: “Как работать с идеями: советы от Игоря Манна“ materialının adaptasiyası

Mənbə: http://fiksbook.com