İdarəetməni itirsəniz, çox sey itirərsiniz

Yaşadığımız müddətdə bizim idarə edə biləcəyimiz çox az şeylər vardır. Biz hər şeyi tam olaraq idarə edə bilmərik. Hərəkətlərimiz, bizim maksimum idarə edə biləcəyimiz tək sahədir. İstər zehinsəl olsun istərsə fiziki olsun biz öz düşüncələrimizi və hərəkətlərimizi idarə etməyi bacarmalıyıq. Əks təqdirdə onları başqaları idarə edəcəkdir.

İdarə etmənin tam olaraq əlimizdə olması ə qədərdə çətin deyil. Bütün günü hərlənib fırlanıb "Mən bunu edə bilərəm ki?" sualındansa "Mən bunu edə bilərəm." cümləsinə keçmək kifayətdir. Bu cümlələrdə istifadə edilən sözlər eyni olsalarda vurğu tonu və təsir qüvvəsi 180 dərəcə fərqlidir. Yüksək uğur qazanmış şirkət rəhbərləri və CEO-lar əgər davranışlarını və şirkətin idarəsini bir an olsun boşluqda saxlasaydılar əmin olun ki indiki vəzifələrdində və bu qədər uğur qazanmış olmazdılar.

İnsan özünü və ətrafını davamlı olaraq idarə edə bilməlidir. Yersiz qərarlar, hərəkətlər yerinə bir anlıq düşünmək və sonra qərar vermək daha asand ikən bunu bacara bilən insan isə çox azdır. Buna görədə çox az adam böyük uğurlar qazanırlar. Bu uğur qazanan şəxsiyyətlər asanlıqla o yerləri əldə etməmişlər. Onlarında istər şəxsi həyatlarında istər iş həyatlarında böyük problemləri olmuşdur.

Bu problemlərə ən yaxşı həll yolunun nə olduğunu yaxşı yaxşı fikirləşərək qərar vermişlər. Şirkət üçün, şəxsi kariyeraları üçün təhlükəli qərarlar vermişlər. Əgər hər hansısa bir vəziyyətdə qərar vermənin sizdən aslı olmadığını düşünürsünüzsə siz səhv yoldasınız. Düzgün qərarlarda yalnış qərarlarda sizdən aslıdır. Mövzunun başlığında kı kimi, emin olun ki idarəetməni itirdiyiniz zaman çox şey itirəcəksiniz.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com