Bugün yaxın dostlarımızın dəvəti ilə İdeal Parfumeriya və Kosmetika mağazalar şəbəkəsinin təşkil etdiyi press-konfransda iştirak edirdim. Sözü açığı, yaxın dostlarımızın təklifindəndə başqa, İdeal bir yerli brend kimi mənim üçün çox maraqlı edi və buna görə bu brendin sahibini, şirkətin TOP menecmentini yaxından görmək istədim. Sizə səmimi deyim, çox razı qaldım. Mən bu görüşdən sonra Azərbaycanın Parfumeriya sektorunda lider olan şirkətin niyə lider olduğunu aydın şəkildə gördüm. İdeal şirkətinin sahibi İlgar müəllimin verdiyi cavablar bir daha mənə sübut etdiki, real biznesmen mütləq və mütləq müştəri yönümlü olmalıdır. Mən press-konfransda İdeal şirkətinə 3 sual verdim və verilən cavablardan özüm üçün bir nəticə çıxardım. İstəyirəm bloqumuzun dəyərli oxucuları üçün nəticələrimi paylaşım.
İlk əvvəl deyim ki, press-konfransın təşkilatı çox yüksək səviyyədə edi. Belə tədbirləri Marketinq Direktor olaraq çalışdığım vaxtlarda çox etdiyimi nəzərə alaraq deməliyəm ki, başda İDEAL Marketinq Rəhberlərindən olan Xumar xanım olmaqla butün komandanın mükəmməl işlədiyi hiss edilirdi. Hiss edilirdi ki, bu adamlar şirkəti öz şirkəti hesab edir. Bilirsiz də… bu çox vacibdir. Menecer şirkəti özünün ki, kimi görməsə… “apar qaytar”. İdealçıların gözündə mən “alov” görürdüm. Bu superdi. Düşünürəm ki, bu İDEAL-ın sahiblərinin böyük qələbəsidir. Hər adam, buna nail ola bil(mir)məz.
Bu arada Sizə deyim, mən Rafiq Vəliyevin yanında oturmuşdum, press-konfrans boyu onun simasına baxdıqca şahidi olurdum ki, Rafiq bugün İdeal-an ayrılsada ürəyində bu şirkətə nə qədər sadiqdir. Kaş ki, Azərbaycanda olan digər şirkətlərdədə işçi-rəhbər münasibətləri belə olardı…
Yadıma düşür bir İDEAL eks-marketinq direktoru, Azərbaycanın ən güclü marketinq direktorlarından biri olan Rafiq Vəliyevə bir defə demişdim ki, Sizin brendi ideal edən əsas amillərdən biri, ideal marketinq aparmağınızdır. Həqiqətəndə İdeal-da marketinq ən pik nöqtədə idarəedilir.
Mən press-reliz boyu butün suallara diqqətlə qulaq assamda, yadımda məni düşündürən və təbii ki, özümün sual verdiyiklərim qaldı. Əminəm ki, bloq oxucuları üçündə bu sualların cavabı vacibdir. Beləliklə 3 sual…
Sual #1 – İdeal brendinə mən “Gözəlliyin adresi” kampaniyası ilə bizim (mənim) beynimizdə qalıb. O vaxt… bu kampaniya böyük cəsarət tələb edirdi, çünki bugünə qədər hec bir (HEÇ BİR!!!) pərakəndəçi şəbəkə TV reklama bu qədər bu xərcləməyib. İlgar müəllim, bəs bugün necə İdeal marketinq xərclərini necə idarəedir, böhran dövründə İlgar müəllim bir daha belə bir riskə gedərmi?!
Cavab #1 (İlqar müəllim – şirkətin sahibi) – Ideal hər zaman marketinq (kommunikasiya) istiqmaətini xərc kimi deyil, investitsiya olaraq görür. Biz hər zaman olduğu kimi, bugündə reklama böyük investitsiyalar qoyuruq və gələcəkdədə bunu edəcəyik. Düzdür, bugün ölkəmizdədə dünyada olan iqtisadi çətinliklər təsir edir, amma İdeal şirkətinin satışları düşməyib, əksinə biz keçən ildən daha çox satırıq. Biz sadəcə marketinq büdcəmizi optimallaşdırmaq istəqamətində çalışırıq.
Nəticə: Sizə səmimi deyim, mən çox sevindim ki, yerli sahibkar “Reklam bizim üçün xərc deyil, investitsiyadır” kimi söz işlədir. Bu marketinqin Azərbaycanda qələbəsidir. Halal olsun, belə intelektual biznes aparan sahibkarlarımıza!
Sual #2 – İdeal Azərbaycan brendidir. Buna baxmayaraq təəsüf ki, İdeal şirkətinin mağazalarında satıcıların bəziləri ana dilimizdə aksentlə danışır və ya ümumiyyətlə rus dilində cavab verirlər. Siz bilirsiniz ki, 2-3 ay bundan əvvəl bizim ZARA mağazasında bir insidentimiz oldu və öz “balaca-kasıb-qürürlü” bloqumuzda bu haqda yazı yazdıq. Cəmi 2 saatdan sonra butün Azərbaycan dilli internet mühiti ZARA-nı nifrətlə yada salırdı. Tezliklə sözü gedən işçi işdən azad edildi və İnditex (Zara) şirkətinin mərkəzi ofisindən mənə rəsmi açıqlama gəldi… və s. mövzumuz bu deyil. Suallımız konkret İdeal brendinə elə gəlmir ki, o ukrayın (və ya digər millətin) nümayədənlərini işlətməklə yanaşı öz salonlarında Ana dilimizi qorumur? Bu Sizi qorxuzmurmu? Size elə gəlmir ki, Siz “mina üzərində yeriyirsiniz”?
Cavab #2 (İlqar müəllim – şirkətin sahibi). Əlbəttə bu bizi çox narahat edir. Biz Azərbaycan şirkətiyik və əlbəttə ki, ana dilimizə hörmətlə yanaşırıq. Buna baxmayaraq biz hesab edirik ki, biznesin dili və ya milləti yoxdur. Salonlarımızda olan vəziyyəti biz maksimum nəzarətdə saxlayırıq və çalışırıq ki işçilərimiz ana dilimizdə təmiz danışsınlar. Bugün dünya lideri olan Amerikan və ya Alman şirkətlərində belə çox saylı xarici vətandaşlar işləyirlər. Bizim şirkətdə çalışanlar Azərbaycan dilinə və təbii ki, Azərbaycana böyük hörmət bəsləyirlər. ZARA hadisəsini mən izlədim və orda işçinin Azərbaycana olan yanaşmasını çox qınayıram. Bizim əcnəbi işçilər Azərbaycan dilini öyrənir və bizim üçün çox xoşdur ki.
Cavab #2 (Xumar xanım – PR menecer). İlkin müəllim, əvvala cavabınız üçün çox sağ olun. Biz hal-hazırda İdeal Akademiyası yaratmışıq və mütəmadi olaraq işçilərimizlə çalışırıq ki, onlar minimum iki dildə (ana dilimiz və rus dili) bilsinlər. Biz mütəmadi olaraq işçilərimizin ixtisas biliklərini artırmağa çalışırıq. Amma paralel olaraqda nəzarət çatdırmalıyıq ki, bəzən müştərilər özləri rus dilində danışırlar və bu zaman satış məsləhətçiləri bir növ məcbur olub, rus dilində cavab verirlər.
Nəticə: Yanaşmanı doğru hesab etmirəm. Biznesin milliyəti “sözdə” olmaya bilər, amma dildə biznes insanlar tərəfindən aparılır və əlbəttə ki, biznesin milliyəti biznes sahibinin milliyəti ilə eynidir. Düzdür mən milliyətçiyəm, amma inanın mənə dünyada lider olan butün şirkətlər məhz öz millətlərini tam sadiq olduqları üçün güclü olublar (P&G, Mars, Ikea, Apple və s.). Əziz oxucu, mən hesab edirəm ki, kommersiya fəaliyyətindən söhbət gedirsə, xarici kadr çox nadir hallarda effekt verə bilir. Maliyyə direktoru, IT direktoru, Təhçizat effekt verə bilər, amma bir şirkətin ki, kommersiya direktoru o şirkətin əsas bazarının milliyəti ilə eyni deyil, bu şirkətdə problemlər olacaq. Yaşayarıq – görərik!)
Sual #3 – Bugün Azərbaycan bazarında sağlamlıqla və gözəlliyi özündə birləşdirən bir pərakəndə şəbəkə yoxdur. İdeal şirkəti, bu bazar barədə düşünürmü? Siz hiss edirsinizmi ki, bugün Azərbaycanda bu sahə boşdur və şərti olaraq Almaniyada olan “dm” kimi brendə ehtiyyac var. İdeal bu istiqamətdə düşünürmü?
Cavab #3 (İlqar müəllim – şirkətin sahibi). Sizinlə tam razıyam. Bugün həqiqətən də, Azərbaycanda bu sahə boşdur. Buna ehtiyyac var və biz şirkət olaraq bu sahədə bir brend yaratmaq düşünürük. Almaniyada “dm”, İngiltərədədə belə bir brend var (həgin ki söhbət – Boots gedir – İlkinin düşüncəsi). Biz tezliklə bu istiqamətdə layihə ilə çıxış edəcəyik.
Nəticə: Sevindim ki, sektorun içərisində olmasamda dediyim fikir qisməndə olsa düz oldu. Belə çıxır ki, təsbitim doğrudur, deməli bazarı pis görmürəm!)) İlgar müəllimin “dm” və sektorda olan digər brendləri tanıması və yaxşı mənada sevindirdi.
Əziz oxucu, sonda deyim ki, əlbəttə düşünmək ki, İdeal məhsullarında keyfiyyətsizliklər var, sadəcə və sadəcə sadəlövlük olar. Öz aramızda hamımız bilirik ki, parfumeriya sektorunda məhsulun üzərinə qoyulan faiz çox yüksək olur və heç bir sahibkar oriqinal satmaq imkanı ola-ola “zay” nesə satmaz.
Müəllif İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com