Ölkədə bu il fevral ayında yaşanan devalvasiyadan 4 gün əvvəl yazmışdım bloqumda. “Yarıaçıq və ya yarı bağlı iqtisadiyyat ola bilməz… Ya həp, ya heç…”
“Real sektoru güclü olmayan ölkələr öz ölkəsinin olmasa da (öz ölkəsində önəmli bir inkişaf səviyyəsində olmasa da) digər ölkə, ölkələr toplusu və ya beynəlxalq mali sektordan mütləq surətdə təsirlənəcəkdir…Sənayedə- real sektorda diversifikasiya olmalıdır… ya həp, ya heç… Birtərəfli, təksektorlu, təkbölgəli iqtisadi inkişaf yoxdur… ya həp, ya heç…
1960-70-ci illərin İdxal əvəzləyici sənayeləşmə strategiyası iqtisadi inkişafa tam deyil, yarımçıq və keçici dəstək olur… İdxal əvəzləyici sənayeləşmə kiçik ölkələr üçün səciyyəvi və təsirli deyil… ya həp, ya heç. İxracyönümlü məhsulların istehsalı münbit xammal qaynağı tələb edir… Qeyri neft sektorlarının xammal qaynağının nə qədəri iç piyasadan təmin olunur ki…? Bu nəyi tələb edir idxalda- gömrükdə şəffaflaşmanı… ya həp, ya heç…
İxracyönümlü sənayeləşmə strategiyası ixrac prosedurlarından tutmuş, xarici bazar araşdırması, xarici dil bilgisindən tutmuş internetdən bu istiqamətdə maksimum istifadə bacarığına qədər, xarici ölkə sərgilərində iştiraka dövlət təşviqi və dəstəyindən tutmuş, bu sərgilərdə iştirak etmək istəyi, təşəbbüsü və buna hazırlıq səviyyəsinədək, keyfiyyətdən tutmuş paketləməyə, beynəlxalq sertfikatlaşmadan tutmuş brendləşməyə qədər, encoterms bilgilərindən tutmuş akreditif əməliyyatlarına qədər, regional və sektorial istehsal və ixrac assosasiyaların yaradılmasından tutmuş onların real fəaliyyətinə qədər və s. və s. tələb edir… YA HƏP, YA HEÇ…
Ölkə valyutasının digər xüsusilə ixrac qarşılığı ödəmə valyutalarına qarşı dəyər itirməsi ixraca müsbət təsir göstərir … nə vaxt? İxrac ediləcək rəqabətqabiliyyətli məhsullar olanda… Yoxsa,qeyri-neft məhsullarının ixracda payı təkrəqəmli isə hansı müsbət təsir göstərəcək…? Ya həp, ya heç. Çox qazanan çox vergi ödəməlidir…Dünyada aktual iqtisadi mövzu olan Ədalətsiz gəlir dağılımı və buna qarşı tədbiqi iləri sürülən artan nisbətli vergi siyasəti olmalıdır… Amma gəlirlər şəffaf göstərilirsə faydası olacaq… Yoxsa çifayda… Ya həp, ya heç…”
Bu yazıdan biraz sonra aprel ayının əvvəlində isə bu sərlövhədə bunları yazmışdım:
“İqtisadi artım olmazsa…İqtisadi düşüncələr…2
İqtisadi artımın iki əsas qaynağı var:
İkincidən başlayaq… İş yerlərini yaradan dövlət və özəl sektor subyektləridir… İqtisadi çalxantılar və krizlər vaxtı dövlət sektoru strukturlarının genişlənmək deyil, daralmaq siyasəti tamamilə normaldır. Buna görə də bu istiqamətdə hər hansı artımdan danışmaq əbəsdir… Əlavə olaraq qeyd etdiyimiz daralma istiqamətində bu sektorda ixtisarlar labüddür…
Özəl sektora isə böyük şirkətlər və kiçik şirkətlər və start-uplar, yeni təşəbbüslər olaraq ikiyə ayırmaq lazımdır. İqtisadi qeyr-müəyyənlik və kriz vaxtı böyük şirkətlərin də yeni iş yerləri açmağı, işçi almağı azalmaqdadır və hətta ixtisarlara gedilməkdədir. Şəffaf, antimonopol və kiçik biznes təşəbbüskarlığını təşviq və dəstək siyasəti ilə bu dönəmlərdə yeni iş yerlərinin açılması məhz daha çox bu subyektlər tərəfindən reallaşdırılmaqdadır. Yeni iş yerlərinin yaradılmasında məhz kiçik təşəbbüskarların, müxtəlif sektorda start-upların keyfiyyət prinsipi də gözardı edilmədən kəmiyyəti ən önəmli faktor olaraq qarşıya çıxır. Bu istiqamətdə sistemli və effektiv tədbirlər planı reallaşdırılmalıdır.
İqtisadi artımın birinci qaynağına təsir edən faktorlar isə daxili və xarici faktorlar olaraq ikiyə ayırmaqla yanaşmaq lazımdır. Daxili faktorlar idarəetmə professionallığından tutmuş, personal və performans dəyərləndirməsi, motivasiya və nəticəyönlü karyera planlama sistemi və s. daxildir. Xarici faktor olaraq isə sürətli texnolojik yeniliklərdən nə qədər təsirlənməsi və ən əsası bundan nə qədər məqsədyönlü, nəticəyönlü istifadə məsələsidir. Əlavə dəyər yaratma yollarından istifadə məhsuldarlığın artırılması istiqamətində digər önəmli yoldur…
Yuxarıdakı sadalananlarla əlaqədar tədbirlər görülməsə və kütləvi ixtisarlar nəticəsində iqtisadi durğunluq (stagflation) özünü biruzə verməlidir…”
İndi isə təəssüflə, yuxarıda sadaladıqlarım barədə real hansısa tədbir(lər)in görülmədiyini qeyd etmək istəyirəm… və bu yazını ürəklə yazmasam da “Heç olmasa…” başlığı ilə yazmağa qərar verdim… Belə görünür ki… Hazırda “iqtisadi fəaliyyətlər”, “biznes” və “kapital”ın cəmləşdiyi əl və mərkəzlərdən kənara çıxmayacağını, yəni yuxarıda yazılanların qaynağı olacaq azad rəqabətin olmayacağını nəzərə alsaq, HEÇ OLMASA bu dairələrin məqsədyönlü istiqamətləndirilməsi, güclü mərkəzi nəzarətlə rəqabətqabiliyyətli sektor və məhsulların istehsalı və ixracını prioritetləndirərək mövcud kapitalı, biznesi dəyərləndirmək, əlavə dəyər yaradacaq sektorlarda fəaliyyətinin tələb edilməsi və nəzarəti, sözdə və statistika deyil, əməldə və realda qeyri-neft sektoru açılımının başladılması vacibdir… Təbii ki başqa iqtisadi tədbirlər də görülə bilər… Məsələn…, Şərt qoyaraq istehsal və istehsal sonrası hazır məhsul kimi ixrac məqsədilə idxal olunan xammal və aramalların gömrük şəffaflandırılması və güzəştlər…. Yəni ki qaynaq kimdəysə onlarda olan qaynaqlar dəyərsiz fəaliyyətlərdən: işlədilməyən fabrik və zavodlardan, rantçı fəaliyyətlərdən, səmərəsiz və qeyri-məhsuldar bizneslərdən uzaqlaşdırıb HEÇ OLMASA qeyd edilən istiqamətlərə yönləndirilməsi lazımdır… Başqa çarə görmürəm…
Müəllif: Cəbrayıl Vəliyev
Mənbə: http://jabrayilvaliyev.com