Hədəfə çatmaları üçün insanlara bir çox dəstəkləyici ünsürlər lazımdır. Bunları maddi imkanlar, şans, təhsil və əsasda mənəvi dəstək və s kimi sıralaya bilərik. Bu yazıda mənəvi dəstəyin insana hədəflərinə çatmaq üçün nə qədər lazımlı olduğundan bəhs etmək istəyirəm.
Çox pis haldırki insanlar digərlərinin etmək istədiyi bir şeyi eşitdiklərində ona "bu çox çətin məsələdi", "əşi sənlik deyil", yada ən məhşur söz olan "heç kimin ağlına gəlməmişdi, ama sənin ağlıva gəldi" deməyi sevirlər. Ama əslində gözəl olmazdı ki, sən bunu edə bilərsən,gözəl fikirdir söyləsinlər? Çünki bu dedikləri pozitiv sözlər həqiqətəndə həmin şəxsi doğru istiqamətlənməyə yönləndirəcəkdir. Daha çox şövq yaradacaqdır, inam gücünü artıracaqdır və ən əsasıda daha yaxşısını etməyə səy göstərəcəkdir. Ama olduğu ətrafdan davamlı olaraq neqativ fikirlər eşitmək o insanı, hədəflərini yarıda qoymaqa vadar edəcəkdir. Cəmiyyət olaraq bu məsələni həll etmək üçün iki suala düzgün cavab tapmaq lazımdır.
Bu suallar: Biz ətafımızdakı insanların hədəf və fikirlərinə necə münasibət bəsləməliyik?Ətrafımızdaki insanların hədəflərinə daima müsbət fikirlər bildirməyə çalışmalıyıq."Sən bunu edərsən", "Güvənirəm sənə"kəlimələrindən istifadə etməliyik.Əgər əlimizdən gələn bir şey varsa kömək etməyə çalışmalıyıq.
Əgər qarşımızdaki adamın hədəflərində səhvliklər varsa, bunu daha mülayim şəkildə və səmimi olaraq ona demək lazımdır və səbəbini izah etmək lazımdır. Yox əgər səbəb düzgün səbəb gətirə bilmirsinizsə deməli yalnış fikirdə olan sizsiniz.Ətrafımızdaki insanların bizim hədəflər haqqındakı fikirlərinə necə əməl etməliyik?İnsanların fikirlərinə diqqətlə qulaq asmaq lazımdır. İnsanların əksəriyyəti sizin hədəfiniz haqqında müsbət fikirdə olarlarsa deməli siz düzgün yoldasınız və daha çox səy göstərməyə çalışın.
Hədəfinizi gerçəkləşdirərək digər neqativ fikirdə olanlarada özünüzü sübut edin.Heç kimsə sizi sizin qədər başa düşə bilməz.Hədəflərinizi hər yürdə söyləməyin. Yalnız fikri sizin üçün çox önəmli olanlarla və güvəndiyiniz insanlarla bölüşün.Ətrafınızı elə seçinki onlar daima sizə dəstək verməyə hazır olsunlar. Eləcədə sizdə onlara qarşı eyni düşüncədə olun.
Və mən son olaraq bildirmək istəyirəmki, həqiqətən hər zaman hədəfinin arxası ilə şövqlə gedən insan, sonda qələbə qazanır. Hədəfiniz istəyir yaxşı iş adamı olmaq olsun, daha yaxşı yaşam standartları əldə etmək olsun, bütün dünyanı gəzmək olsun, məhşur yazar olmaq olsun və s. fərq etməz sona qədər mübarizə aparın və qazanın.Hədəflərində uğurlar arzulayıram hər kəsə.
Müəllif: Cəvid Abasov