Bugünlərdə ölkəmizin marketinq tarixində son dərəcə əhəmiyyətli bir tədbir – Dijital Marketinq Konfransı keçirilirdi. Paralel olaraq AXA Mbask şirkəti tərəfində keçirilən toplantıya məni dəvət etmişdilər. Şirkətin HR rəhbəri və CEO-su ilə görüşdükdən sonra hiss etdim ki, bu şirkətin təklifini qəbul edib 2 saatlıq təqdimat etməyə dəyər. Nə başınızı ağrıdım… ürəyim Dijital Marketinq Konfransında qalsada… cismim AXA Mbask korporativ tədbirində oldu… və Sizə deyim ki, bu tədbir mənim çox xuşuma gəldi. Tədbirin özündəndə çox, AXA Mbask şirkətinin ümumi korpotariv mədəniyyəti, sığortaçılıq bazarında etdikləri məni sözün əsl mənasında valeh etdi. Bilirsiz niyə?!
İlk əvvəl qeyd edim ki, AXA Mbask ölkənin sığortaçılıq sektorunda ən innovativ şirkətlərindəndir biridir. İnnovativliklə yanaşı şirkətin güclü kökləri var. Bir tərəfdən Azərbaycanda sığortaçılığın əsasınl qurmuş Mbask (rebrendinqdən əvvəl), digərdən tərəfdən qlobal arenada böyük güc olan AXA şirkətinin sintezindən yaranmış şirkət həqiqətəndə biznes konsepsiyası, işinin tərzi və ümumi işə yanaşması ilə məni sözün həqiqi mənasında təəəcübləndirdi.
Uşaq vaxtı yadıma gəlir, bir dəfə bizə MBASK şirkətinin o vaxt ki, rəhbəti Cəmil müəllim (əmimin dostudur) bizə gəlmişdi. O vaxt əmi məni onunla tanış etdi, amma mən heç cürə başa düşə bilmədim ki, Cəmil müəllimin şirkəti nə işlə məşğul olur!? İnanırsız sığorta sözünü başa düşə bilmədim… gör tarix necə inkişaf edir, dəyişir, bugün mən bu şirkətin korporativ tədbirinə ekspert kimi dəvət almışam… maraqlı dünyadır hə?! Neysə…
AXA Mbask şirkətin korporativ tədbiri Şamaxı Palace-da (keçmiç Rixos-da) keçirilirdi və toplantı səhər saat 10-da başlayacaqdı. Açığını desəm, belə tədbirlərdə dəfələrlə olmuşdum və tipik yerli biznesə aid şirkətlər kimi düşünürdüm ki, hər halda saat 10 deyirlərsə, tədbir güclədə olsa saat 10:30 başlayar. Əziz oxucu, akt zalına daxil olanda saat 10:02-edi və… və çox düz tapdınız, artıq salamlama çıxışı edilirdi. İnanırsız, bilmədim sevinim ya kədərlənim, amma özümü o yerə qoymadım və sakit kresloda oturdum. Hənçinin şirkətin butün işçiləri, CEO-dan tutmuş digərlərinə qədər… eyni formalı AXA loqolu köhnəkdə edilər.
İlk təqdimat şirkətin HR Direktoru Elza xanım tərəfindən edilirdi. Çıxışın əvvələrində Elza xanım 1-2 dəfə HR brendinq barədə danışdı, məndə dedim yəgin xarici təlimlərə gediblər və bu söz xoş olduğuna görə işlədirlər… AMMA. Amma sonra təqdimata diqqətlə baxdıqda səhnənin necə fərqli olduğu hiss edildi. Şirkət sözün əsl mənasında HR brendinq üçün ciddi addımlar atır. Daha əvvəldə Sizinlə söhbət etdiyimiz kimi, ən güclü motivasiya elementi məhz idealogiyadır. AXA Mbask HR strateqiyası bir başa olaraq “AXAlı” ideaogiyasını ortaya qoyurdu. Şirkətin özünə xas HR strateqiyası və brendinq üçün son dərəcə vacib element olan fərqlilik atributları hiss edilirdi.
Prezentasiyadan bildim ki:
Təqdimat boyu göstərilən kampaniyalar həqiqətəndə AXA Mbask olaraq insan qaynaqlarını, şirkətdə müştəri məmnunluğuna necə önəm verdikləri hiss edilirdi. Buna baxmayaraq sözün açığı mən düşündüm ki, həgin bu, sadəcə HR rəhbərinin aktivliyidir.
İkinci çıxış məni daha çox təəcübləndirdi…
Şirkətin CEO-su Selçün bəyin prezentasiya tərzi mükəmməl edi. Mən çox az, çox-çox az bələ həvəslə prezentasiya edən rəhbər görmüşəm. Üstəlik Selcuk bəyin AXA Mbask son illərdə olan fəaliyyətini əks etdirən videoya baxanda başa düşdüm ki, həqiqətəndə Elza xanımın çıxışında olan HR brendinq bu şirkətdə yaradılır. Əziz oxucu, Selcuk bəy AXA Mbask şirkətinin misyonunu, keçmiş illərdə ki, statistikanı elə mükəmməl formada izah edirdi ki, hətta mənim kimi, şirkətə gələn “qonaq” belə sığorta bazarının necə perspektivli (həmdə çətin) olduğunu başa düşdüm.
Üşüncü çıxış mənim edi və əlbəttə ki, mən AXA Mbask əməkdaşları üçün muasir biznes tendensiyalar, internet biznes və ümumi internet bazarında olan tendensiyalar barədə məlumatlar verdim. Əsas konsaltinq verdiyim istiqamətlər barədə danışdım. İnanıram ki, faydalı oldu!
Axşam şirkət əməkdaşları üçün verilən şam yeməyində gördüklərim isə, şirkət əməkdaşları arasında necə mehriban və düzgün münasibətlər olduğunu hiss etdim. Bu çox vacibdir. Bizim oxucular yaxşı bilir ki, məmnun müştəri yalnız və yalnız daxili müştərinin (işçilərin) məmnun olduğu zaman ola bilər. Hələ-hələ sığortaçılıq kimi bir sektordadırsa.
Hər birdə Sizə bir söz deyim… deyirlər Azərbaycanda böhran var. Əlbəttə var. Amma bu o demək deyil ki, böhran varsa, biznes statik şəkildə nəyisə gözləməlidir. Mən AXA Mbask nümunəsində biznesin necə böhranla optimist və sistemli mübarizə apardığını gördüm. Çox istərdim ki, belə antiböhranlı yanaşmaları bizim yerli şirkətlərdə tətbig edə bilsin. Tətbig etsin.
Tezliklə növbəti yazılarda dəyərli oxucularımız AXA Mbask şirkətinin biznes-prosesləri, sığorta sektorunda etdikləri innovatsiyalar barədə Sizlərə ətraflı məlumat verəcəm, hələlik isə, Sizi əmin edirəm, Azərbaycandada HR brendinq istiqamətində iş görülür və bu işi görən ən mükəmməl şirkətlərdən biri AXA Mbaskdır.
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com