Düşüncənin gücü ilə idarə olunan avtomobil hazırlanıb

Düşüncənin gücü ilə idarə olunan avtomobil hazırlanıb
5850

Çinin Nankay Universitetinin mühəndisləri «Great Wall» şirkəti ilə birlikdə düşüncənin gücü ilə idarə olunan avtomobil yaradıblar.

İstehsalçılar belə nəqliyyat vasitəsinin yaradılmasına 2 il vaxt sərf ediblər. Avtomobil hələ ki yalnız bəzi funksiyaları yerinə yetirə bilir. Belə ki, sürücü beyin impulslarının köməyi ilə avtomobili irəli və geri istiqamətdə hərəkət etdirə, onun hərəkətini dayandıra, həmçinin qapıları aça və bağlaya bilər.

«TechInsider» xəbər verir ki, mühəndislər əlillərin də avtomobilin sükanı arxasında əyləşməsi üçün belə avtomobil yaradıblar. Avtomobildə qurulmuş xüsusi qurğu sürücünün beyin impulslarını oxuyaraq nəqliyyat vasitəsinə ötürür.

Mənbə: http://www.ictnews.az/