İnsan çox maraqlı və maraqlı olduğu qədərdə qorxulu canlıdır. Hər zaman öz marağını güdən, bu maraqlardan istifadə edib, daha çox gəlir qazanmaq üçün addımlar düşünən və s. Bugün insanlıq özünün yeni təkamül mərhələsinə qədəm qoyur, bugünlərdə artıq insanın davranışlarına təsir edən yeni motivlər meydana çıxır. Rəhmətlik Maslou piramidası aktual deyil. Bilirsiz niyə?!
Fikirlərimə keçməzdən əvvəl icazə versəniz Sizinlə bir neçə statistik göstəriciləri bölüşüm. Statistika yaxşı məşğulliyətdir, hə?!)
Bəs Sizin fikirinizcə dünyamızda nələr baş verir, insanlar nə edirlər?! Axı niyə Prada-dan olan bir sumka üçün, gənc xanım rahatlıqla böyük pullar verməyə hazırdır, axı necə olur ki, endirimlər zamanı lüks brendlərin geyimlərini hətta əyinlərinə gəlməsələrdə insanlar alırlar (onlar bilirlər ki, bu paltarı geyinə bilməyəcəklər, amma alırlar!), necə olur ki, iPhone 6 satış rekordları qırır, necə olur ki, insanlar bilə-bilə ki, bu məhsul bahadır ona pul verirlər.
Məsələn, bu yaxınlarda tanıdığım bir gənc Azərbaycan ailəsi öz özəl gününü qeyd etmək üçün çox bahalı bir restorana getdilər. Gənc cütlük bilirdi ki, getdikləri yer bahalıdır və əslində orda onlara xoş olmayacaq, amma yenədə onlar 200 manat verib sözü gedən restoranda şam yeməyi yedilər.
Biz bahalı avtomobilləri belə kreditlə almağa hazırıq, təki ad olsun ki, biz filan şey sürə bilirik (məsələn, bizdə Porsche kreditlə satılır, eləcədə iPhone 6 və s.). Bizim üçün çox vacibdir ki, biz özümüzü göstərə bilək.
Parisdə olmaq, Venetsiyada olmaq çoxlarımızın arzusudur. Amma məntiq çox sadədir, orda şəkil çəkib Facebook və İnstagram-a qoymaq. Çox vacibdir ki, biz öz “taq”larımız, öz kommenlərimizlə özümüzü göstərək. Luvr, Versal, Notr dam de Pari… qardaş kimin nəyinə lazəmdır!? Venetsiya maskarad!? NiyƏ? Ondansa sadəcə o körpüdə bir şəkil çəkdirək bəsdirdə!!!
Əziz oxucu, 21-ci əsr gösətəriş əsridir. İnanın mənə, atılan addımlar, istehlakçı davranışları, hər şey… hər şey göstəriş üçün edilir. Biz hətta həyatımızıda kiməsə göstərmək üçün daha yaxşı (və ya pis) etmək istəyirik. Məhz bu mərhələdə, marketinq öz istiqamətində köklü dəyişikliklər edir.
Artıq Maslounun matritsasında olan baza ehtiyyaclarda yalnız yemək, içmək, hava, seks deyil… göstəriş, özünü ifadə dayanır. Piramida öz formasını itirir. İnsanlar özlərini ifadə etmək üçün öz baza ehtiyyaclarından belə imtina etməyə hazırdılar. Təki, onlar özlərini göstərə bilsinlər. Təsadüfi deyil ki, muasir biznesdə brend, brendinq anlayışının rolu artır. Biz ölkəmizdə brendinqi istər praktik, istər akademik (nəzəriyyə) təhlil edən biri kimi qeyd etməyi özümüzə borc bilirik ki, məhz düzgün brendinq fəaliyyəti nəticəsində ölkəmizdə qeyri-neft və ya elə neft sektorunun özü inkişaf edə bilər.
Brendinq dediz yadıma düşdü, bəlkə ana dilimizdə ilk brendinq kitabı olan 360 dərəcədə brendinq kitabının belə “isti peraşki” kimi satılmasının səbəbi budur?! Biznes icması başa düşüb ki, brendinq fəaliyyəti olmadan brendinq olmur. Bu il brendinq fəaliyyətində akademik tərəfləri gücləndirmək üçün Elmləri doktoru istiqamıti üzrə mövzuda götürmək istəyirəm. Daha konkret desək ölkəmizdə brendinq sahəsində Elmləri Doktoru olmaq istəyirəm. Mənim fəlsəfə elmləri dokturu mövzum marketinq strateqiyası olub (PhD) professorluq üçün brendinqi seçməyi düşünürəm. Neysə… mövzuya qayıdaq!)
Muasir dövrdə biz artıq istənilən gərar verdiyimiz zaman, görəsən bu FB necə görünər suallına cavab axtarır. Açığı daaa… mənim bir dostumun bu yaxınlarda toyu oldu. Sizə səmimi deyirəm… qardaşı konkret olaraq FB üçün toy edirdi. Masanın üstü, çağırılan adamlar, gəlin maşını… inanırsız geyindiyi paltar belə gəstəriş üçün edi. Yox, qınamıram. Qətiyyən qınamıram. Sadəcə faktı konstatsiya edirəm, mənim toyumda 2015-ci ildə olsaydı, həgin məndə eyni addımları atırdım və ya “poçti” o addımları.
Amma Sizi məyus edim… bu yaxşı deyil. Göstəriş üçün yaşamaq yaxşı deyil. Bu bizi insanlıqdan yayındırır. Artıq insanlar başqa cür olacaq. Amma olacaq. Proses başlayıb və insanlıq göstəriş dövrünə qədəm olub və bu dövrdə FB, İnstagram. Pinterist… və s. bizi tam olaraq idarəedir. Burda bir yaxşı nəticə çıxarmaq olar (bizim bloq biznes bloqdur) bugünün biznesi mütləq və mütləq brendinq fəaliyyətini daha sistemli aparmalıdır. Yeni müştəri davrnışlarında olanları başa düşməli, bunlardan istifadə edərək biznesini dahada gücləndirməlidir.
Ayı 29-da Qafqaz Universiteti tərəfindən hazırlanan TED çıxışımda mövzumuz təxmini bu olacaq, vaxtınız olsa dinləməyə gələrsiz, yaxşı!?)
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com/