Google sizi sevəcək!

Google sizi sevəcək!
1005

Bu yazıda SEO üçün vacib bir neçə nüansa toxunacam…

Google – Panda 4.2

Əsas etibarilə Panda alqortması bir keyfiyyət faktorudur. Bu alqoritma aşağı keyfiyyətli və ya az məzmunlu saytların “rank”larını aşağı salmaq və daha güclü, etibarlı, ətraflı məzmunlu saytların reytinqini yüksəltmək üçün dizayn edildi.

Panda’nın qara siyahısına düşməmək üçün bir neçə elementə diqqət etməyiniz gərəkir:

  • Məzmununuzu detallı edin.
  • Səhifənizdəki məzmuna uyğun olacaq güclü bir başlıq təyin edin.
  • Məzmununuzda real bir problemi həll edin. Səhifənizə yalnız boş sözlər qoymayın.
  • Qrammatikaya diqqət edin.
  • Səhifənizdəki reklamı qaldırın və ya sayısını azaldın.
  • Bütün linklərin doğru işlədiyindən əmin olmaq üçün nəzarət edin.
  • Tıklanma təmin edəcək güclü bir meta şərhi yazın.
  • Bir şey etmədən əvvəl, ən çox trafik alacağını düşündüyünüz səhifənizi inkişaf etdirməyə fokuslanın.

“Meta description” və “Title”-hər ikisi lazım olan simvoldan çox olmamalıdır. “Meta description” 150-160 simvol arasında olsa kifayətdir. “Title tag” isə 50-60 simvol arasında olmalıdır. Dostumuz Samir Karimovun bloqunda bu xəta diqqətimizi çəkir.

Google axtarış nəticələrinə təsir edən faktorlardan biri də klik nisbətidir. Yəni istifadəçilər Google’da axtarış etdikdən sonra səhifənizi nə qədər çox klik edərsə, Google sizi bu axtarış ilə o qədər çox əlaqələndirir və axtarış nəticələrində yuxarıya daşıyır. Bu səbəbdən başlıq, meta şərhi və URL quruluşunun əhəmiyyəti artır.

 

Yuxarıdakı nümunədə SEO dostu URL nümunə kimi göstərmək olar.  İstər axtarış sistemləri, istərəsə də istifadəçilər veb saytda yerləşən URL-nin başa düşülən və oxuna bilən olmasını istəyir. URL quruluşunda parametr istifadəsindən qaçının. Aşağıdakı simvolların URL-nizdə olmadığından əmin olun.

Xüsusilə çalışın Azərbaycan simvollarından istifadə etməyin. “#” işarəsindən isə uzaq durun. Google “#” sonrası sözləri tədqiq (scan) etmir. Uyğun URL-yə Rafiq bəyin bir məqaləsini misal gətirə bilərəm.

URL-niz sadə bir şəkildə yaradıldığı zaman bu axtarış sistemi üçün də uyğun olacaq və kontentiniz daha sürətli indekslənəcəkdir. Bəzən sadəcə ana səhifə birdən çox URL ilə açılır. Bu ən çox rastlanan URL xətalarından biridir. Misal üçün yelload.comyelload.com/index.php yazdıqda eyni ana səhifə açılır. Bunun olmaması üçün yelload.com səhifəsinə “301 redirection” ilə yönləndirmə olmalıdır. Bu olmadığı təqdirdə Google səhifənizi kopya kontent statusu kimi qəbul edəcək.

Bir səhifənin Google tərəfindən yüklənəbilməsi üçün mütləq bir limit vardır. Bu limit 10 mb ətrafındadır. Yəni bir səhifə 10 mb-dan zəifdirsə, yüksək ehtimalla bu səhifə Google tərəfindən scan olunacaq və indekslənəcəkdir.

Digər veb saytlardan qəti şəkildə məzmun kopyalamayın. Kopya məzmun, oğurlanmış məzmundur və Google tərəfindən olduqca neqativ hal kimi qəbul edilir. Xüsusilə xəbər portalları kopya kontentdən tez-tez istifadə edir.

Müəllif: Müşfiq Şirəliyev

Mənbə: https://mushfiqshirali.wordpress.com