Google şirkətində yenilik

Kaliforniyanın Google şirkəti öz loqotipini yeniləyib. Dəyişikliklər loqonun şriftini və onun əlavə texniki elementlərini əhatə edib. Bununla belə, təsvirin konsepsiyası – şirkətin altı hərfdən ibarət adı və rəng qamması qorunub saxlanılıb.“Loqotip daha incə və sadə olub. O mobil internet-platformalara indi daha çox yaraşır və smartfonların ekranında daha optimal görünür”, deyə KTLA telekanalı qeyd edib.

Google rəhbərliyinin yaydığı məlumatda isə yeni loqonun daha “sadə, parlaq, lakonik və daha yaxın” olduğunu qeyd edib. Qeyd edək ki, loqotipin yenilənməsi Google şirkətinin strukturunun tamamilə dəyişməsindən sonra baş verib. Google şirkəti hazırda yeni yaradılmış Alphabet holdinqinin törəmə qurumuna çevrilib.

Mənbə: http://reaksiya.az