Google öz istifadəçilərini tibb sahəsinə dair etibarlı məlumatlarla təmin edəcək

Google öz istifadəçilərini tibb sahəsinə  dair etibarlı məlumatlarla təmin edəcək
1833

Yaxın vaxtlarda Google axtarış sistemi, Knowledge Graph-ın bilik bazası çərçivəsində tibb sahəsinə dair etibarlı məlumatlara daxil olmaq üçün sistemə giriş funksiyasını açacaq.

Google əməkdaşları aşkar ediblər ki, istifadçilərin hər 20 - ci sorğusu tibbi tematikayla bağlıdır. Axtarış prosesini asanlaşdırmaq üçün Google-da müxtəlif xəstəliklər haqda məlumat bazası və simptomların təsviri daxil edilən bilik bazası işlənib hazırlanmışdır. Bəzi hallarda xəstəliyin təsvirinə xüsusi ədəbiyyatdakı illüstrasiyalar əlavə olunacaq.

Layihə üçün seçilmiş məlumatların etibarlılığı Google və Mayo Klinikasının həkim komandası tərəfindən yoxlanılmışdır. Bununla belə, Google-da xüsusilə qeyd olunub ki, əldə edilmiş tibbi məlumatlar mütəxəssis konsultasiyasını əvəz edə bilməz.