Google Adwords'un Mendeleyev cədvəli

Google Adwords'un Mendeleyev cədvəli
1241

AdWords reklamları ilə müştərilərinizə aşağı reklam büdcəsi ilə çata bilər və gəlirinizi kifayət dərəcədə artıra bilərsiniz. Adwords indiki krizis anında yalnız satışa yönələn, məhsul və xidmətlərini istehlakçılara təklif edən şirkətlər üçün ən yaxşı marketinq vasitəsidir. Lakin düzgün istifadə edilmədiyi zaman reklam xərcləriniz normaldan daha yüksək ola bilər. Hətta pis idarə olunan Adwords hesabı sizə məsrəfli olduğu kimi, Adwords baxış bucağınızı dəyişə də bilər. Diqqətli olmalısınz!

Adwords’da edilən populyar xətalar:

  • İstifadəçini Home page’ə ( ana səhifə) yönləndirmə

Google Adwords’də reklam vermənizin səbəbi potansial müştərilərinizi əlçatan etmək yolunda rəqiblərinizdən daha çevik davranmaqdır. Fəqət, bunu edərkən reklamınızın hər birini Home page’ə yönləndirərsəniz istifadəçilər üçün faydasız olmayan bir təəssürat yaratmış olacaqsınız. İstifadəçilər hər axtarışda Home page’ə yönləndirilməsi zamanı axtardığını tapa bilməməsi veb saytınızdan qısa müddətdə çıxmasına səbəb olacaq. Reklamınızı klikləyərək veb saytınıza gəlməsi və çıxması, həmin an çıxma nisbətinin artmasına səbəb olacaqdır. Tövsiyəmiz təbii ki, reklamınızı birbaşa olaraq reklamla əlaqəli səhifəyə yönləndirmənizdir. Bununla da reklam qazancınız artacaq, digər yandan saytdan çıxma oranı azalacaqdır.

  • Negativ açar sözlər

Reklam zamanı açar sözlər əlavə edərək reklam yayınlamağa başlayırsınız. Reklamınız için açar sözlər əlavə etdikdən sonra negativ açar sözlər də əlavə etməlisiniz. Negativ açar söz istifadə etməkdə məqsəd bir çox dildə sözün birdən çox məna daşıya bilmə ehtimalıdır. Bu yolla hədəflədiyiniz açar sözlərinizin yanına negativ açar sözlər əlavə edərək reklamınızı mənfi hal yaradan kliklərdən müdafiə etmiş olacaqsınız. Negativ açar sözlər həm də keyfiyyət xalınızın artmasına kömək etmiş olacaqdır.

  • Açar sözləri tək reklam grubunda toplamaq

Bu “öz reklamımı özüm edərəm” deyənlərin düşdüyü xətaların başında gəlir. Misal: Texniki məhsullar satan bir veb saytınız var. Telefon, notebook və monitorlar satırsınız. Əgər tək bir kampaniya və tək bir reklam qrupu yaradıb bütün açar sözləri reklam qrupunun içinə atarsanız AdWords sizin düşündüyünüzdən daha baha başa gələcəkdir. Telefon axtaran niyə notebook satılan səhifəyə yönəlməlidir ki?!

AdWords reklam xərclərinə təsir edən faktorların başında keyfiyyət xalı gəlməkdədir. Əgər siz iPhone 6 satın almaq üçün internetdə araşdırma edən bir istehlakçıya reklamınızı göstərib daha sonra onu əsas səhifəyə və ya az əlaqəli bir səhifəyə yönləndirərsəniz əlaqəli açar sözə görə daha çox ödəniş etmiş olursunuz. Qadanızı alım, 5-10 min açar sözü tek bir reklam qrubu və tək reklam mətni ilə yayınlamayın! :)

  • Açar söz planlayan

Reklam kontentinizi yaradırkən açar sözlərinizi seçərkən çətinlik çəkə bilərsiniz. Google’un bizə təqdim etdiyi açar söz planlayandan istifadə edə bilərsiniz. İstifadə etməmək sizin məhvinizidr sadəcə. ))

Reklamınızı mətn bölümü vacib olduğu qədər vizuallığı və mətn hissəsi xaricində verdiyiniz informasiyalarda bir o qədər də vacibdir. Google Adwords sizə reklam mətnlərinizə əlavə olaraq bir neçə reklam əlavələri yaratmaq imkanı verir. Reklam əlavəsindən istifadə edərək istifadəçinin diqqətini çəkə bilər, reklam mətnində qeyd etmədiyiniz məlumatı bu şəkildə istifadəçiyə göstərə bilərsiniz. Bu həm də klik miqdarının artmasına səbəb olacaq.

Mobil cihazların inkişaf tempi traffic’in böyük bir bölümünün mobil cihazlardan gəlməsi ilə nəticələnir. Buna görə reklamlarınızı mobil cihazlarda açılacaq şəkildə uyğun etməmək reklamınızın görünürlüyünə negativ təsir edəcək. Reklamınızın daha çox klik almağındansa doğru zamanda, dogru müştəriyə çatması daha faydalıdır.

Google Adwords kampanyanız üçün reklam agentliyini seçərkən diqqət edilməsi gərəkənlər

Google Adwords mövzusunda çox təcrübəniz yoxsa, daha peşəkar şəxslərdən, daha professional xidmətlər almaq istəyirsinizsə, digital agentliklərlə işləyə bilərsiniz. Amma çalışmadan əvvəl diqqət etməniz gərəkən bir neçə məqam var.

  • Google Partner

Google Adwords işinizi görəcək agentliyin real sertifikatı varmı?

  • Seçdiyiniz digital agentliyin bu sahədə təcrübəsi varmı və ya sizə davamlı detallı hesabat verirmi?
  • Prolog

Google Adwords‘də minimum ödəniş etmək məcburiyyətində olmadığımızdan büdcəmizi özümüz təyin edə bilər və zaman dilimlərinə bölə bilərik. İstifadəçilər Google‘da axtarış etdiklərində Adwords bu axtarış üçün çıxabiləcək reklamları və bu reklamlar arasındakı ardıcıllığı təyin edər. Bunu müəyyən etmək üçün auksiyon edər. Bu auksiyona girə bilməmiz üçün klik, görüntü başına və ya dönüşüm başına kimi hədəflərdən birini təyin etməliyik. Daha çox traffic almaq üçün KBM ( klik başına maliyyət) təklifi reklamınızın daha çox klik alması üçün vacibdir. Açar sözlərin hər birinə ödəmək istədiyiniz ən yüksək məbləği, yəni maksimum KBM təklifini müəyyən edirsiniz.


Nə qədər xərcləyəcəyinizi müəyyən etmək üçün günlük büdcə müəyyən etməniz gərəkir. Günlük büdcə hər bir kampanya üçün maksimum harcayacağınız ortalama məbləğdir. Günlük büdcəniz xərcləyəcəyiniz məbləğdən maksimum 20% çox göstərilə bilər. Amma günlük büdcənizi aşsanız belə kampanyanın büdcəsi ay sonunda bu aydakı gün ortalamasının (30,4) hasilindən daha çox ödəniş qeyd etməz. KBM təklifini avtomatik təklif olaraq da verə bilərsiniz. Adwords avtomatik təklif verdiyində günlük büdcənizə görə maksimum klik əldə etməyiniz üçün çalışar.

Az xərc, çox gəlir sizinlə olsun!

Müəllif: Müşfiq Şirəliyev

Mənbə: https://mushfiqshirali.wordpress.com