Formula-1 üzrə Avropa Qran-Prisi Bakıda nə vaxt keçiriləcək?

Formula-1 üzrə Avropa Qran-Prisi Bakıda nə vaxt keçiriləcək?
830

Nəşr qeyd edib ki, ilkin layihəyə müvafiq olaraq, 2016-cı il üçün nəzərdən keçirilən 21 mərhələdən ibarət olan Böyük Mükafatlar təqvimini ciddi dəyişikliklər gözləyir: Malayziya və Rusiya mərhələlərinin vaxtı dəyişdiriləcək, eləcə də Azərbaycanda yarışlar üçün təqvimdə yer ayırmaq məqsədi ilə həftəlik fasiləsi olan yarışların sayı da dəyişdiriləcək. Hələlik ilkin layihənin təsdiqlənməsinə dair heç bir rəsmi təsdiq yoxdur, dəyişikliklər adətən FİA-nın təqviminin dekabrda ratifikasiyasına qədər edilə bilər. Hazırda gələn il üçün Formula-1 təqvimi aşağıdakı kimidir:

Aprel, 3 - Аvstraliya (Albert-Park)
Aprel, 10 - Çin (Şanxay)
Aprel, 24 - Bəhreyn (Sahir)
May, 1 - Rusiya (Soçi)
May, 15 - İspaniya (Barselona)
May, 29 - Monako (Monte Karlo)
İyun, 12 - Kanada (Monreal)
İyun, 26 - Britaniya (Silverstoun)
İyul, 3 - Avstriya (Red Bull Ring)
İyul, 17 - Azərbaycan (Bakı)
İyul, 31 - Almaniya (Hokkenhaym)
Avqust, 7 - Macarıstan (Hunqarorinq)
Avqust, 28 - Belçika (Spa)
Sentyabr, 4 - İtaliya (Моntsa)
Sentyabr, 18 - Sinqapur (Marina-Bey)
Sentyabr, 25 - Malayziya (Sepanq)
Oktyabr, 9 - Yaponiya (Suzuka)
Oktyabr, 23 - ABŞ (Ostin)
Oktyabr, 30 - Meksika (Mexiko)
Noyabr, 13 - Braziliya (İnterlaqos)
Noyabr, 27 - Abu-Dabi (Yas-Marina)

Mənbə: http://www.buro247.az