'Facebook'un bu yeniliyi Google'un ''belini qıracaqmı''?

 Facebook mobil axtarış sistemini ciddi şәkildә tәkmillәşdirib. İndi siz Facebook’un mobil tәtbiqindә axtarış edәrәk tәkcә A şirkәtinin sәhifәsini deyil, A şirkәti haqda mәtn, foto, xәbәr paylaşımlaşımlarını tapa bilәrsiniz.

Bugünün reallığıdır ki, hansısa faydalı, önəmli, trendə çevrilən xәbәr, mәlumat varsa, mütlәq Facebook’da paylaşılır ki, bu da Facebook’un axtarış bazasının gücünü artırır. Məsələn, hazırda gündəm mövzu olan Paris’dəki terror hadisəsi ilə bağlı siz ən son xəbərləri elə Facebook-da tapa bilərsiniz. Axtarış hissəsinə “Paris” yazan kimi Facebook özü “Paris attacks” mövzusunun gündəmdə olduğunu bildirir və o haqda yenilikləri oxumağı təklif edir. Və siz “Ən son” (Latest) bölməsinə daxil oluqda 6 saniyə öncə paylaşılan xəbəri belə, görə bilirsiniz.



Facebook’un bu addımı Google üçün әsl faciәyә çevrilә bilәr. Çünki Facebook’da “oturan” adam hansısa mәlumat lazım olanda әksәr hallarda onu Google’da axtarır. Bu da istifadәçinin sәrf etdiyi vaxtı Facebook’dan alıb Google’a vermәsi demәkdir. Nәticәdә Facebook istifadәçi aktivliyi = reklam gәliri itirir. Nәzәrә alın ki, Facebook hәr min nәfәrin gördüyü reklam postuna görә 1-5 dollar qazanır, buna görә dә istifadәçi vaxtını nә qәdәr çox Facebook’da keçirsә şirkәtin gәliri o qәdәr çox olur.

Eyni ilә Google’un da reklam gәliri (“display” vә axtarış) istifadәçinin Google’da keçirdiyi vaxt vә etdiyi axtarış sayı ilә düz mütәnasibdir.
Bu sәbәblә dә Facebook’un mobil tәtbiqindә etdiyi yenilik istifadәçinin daha uzun müddәt bu sosial şәbәkәdә qalmasına hesablanıb. Vә buna nail olacağı tәqdirdә Facebook Google’un cibinә girәcәk vә Google’u “infarkt” edәcәk.

Hazırda dünyada mobil displey reklama xәrclәnәn vәsaitin 48%’ni Facebook götürür, Google 24%’lә Facebook’dan 2 dәfә geri qalır (Üçüncü yerdә Twitter gәlir).İndi tәsәvvür edin Facebook mobil axtarışı da әlә keçirsә gəlirlərin nisbәti hansı sәviyyәdә olacaq.Üstəlik Facebook trend mövzuları təklif etməklə Twitter’i də narahat edib yəqin ki. Çünki Twitter’in bu yaxınlarda istifadəyə verdiyi “Moments” funksiyası da istifadəçilərinə trend olan mövzuları izləmə imkanı verir.

 

Facebook son yeniliyi ilə Twitter’in də bostanına daş atmış oldu.

Müəllif: Orxan Rzayev

Mənbə: http://orkhanrza.com/